Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin müəllimləri "Rus dilinin xarici dil kimi tədrisində rəqəmsal texnologiyalar" silsiləsindən ilk vebinarda iştirak etdilər
Universitetimizin müəllimləri "Rus dilinin xarici dil kimi tədrisində rəqəmsal texnologiyalar" silsiləsindən ilk vebinarda iştirak etdilər
Noyabrın 30-da Şimali Qafqaz Federal Universitetinin təşkilatçılığı ilə "Rus dilini xarici dil kimi öyrətməkdə rəqəmsal texnologiyalar" silsiləsindən ilk vebinar keçirildi. Vebinarın mövzusu "Təlimin ilk pilləsində rəqəmsal mühitdə RDX tədrisinin təşkili xüsusiyyətləri" idi.
Seminarda Şimali Qafqaz Federal Universitetinin Miqrasiya Xidməti Departamentinin Xarici vətəndaşlar üçün hazırlıq şöbəsinin müdiri ped.e.n. O.S. Kuzoyatova və Humanitar İnstitutun texniki ixtisasları üçün Rus nitq mədəniyyəti kafedrasının dosenti Qorobets O.S. təqdimatla çıxış etdilər.
Vebinarda onlayn təhsilin təhsil prosesinin təşkili, qruplarla işin təşkili, tədris materialı ilə iş, qrammatikanın tədrisi və danışıq kimi aktual problemləri müzakirə edildi.
Mövzunun müzakirəsi zamanı vebinarda iştirak edən əməkdaşlarımız: Linqvistik Mərkəzinin rəhbəri Alik Abdullaev, Xarici dillər kafedrasının baş müəllimləri: Əminə Musayeva və Təranə Quliyeva onlayn tədrisdə təcrübələri və nailiyyətləri haqda məlumat verdilər. Bu, iştirakçılar arasında böyük maraq doğurdu. Söhbət canlı və səmimi bir şəraitdə keçdi. Qərara gəlindi ki, bu cür görüşlər ənənəvi hala gətirilsin.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az