Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi” mövzusunda təlim keçirildi
“Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi” mövzusunda təlim keçirildi
Sentyabrın 17-də “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı tədqiqatların aparılması” mövzusunda onlayn təlim keçirildi. Təlimdə Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri Nemət İbayev, Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı və tələbələr iştirak etdilər.
Tədbiri açıq elan edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov qonaqları salamlayaraq nəzərə çatdırdı ki, vətəndaş cəmiyyətinin üzvlərində, əsasən də gənc nəsildə internet mediaya maraq artırmaq və sosial şəbəkələrdən düzgün istifadənin istiqmətlərini aşılamaq olduqca əhəmiyyətlidir. Əsas hədəf sosial şəbəkələrdəki təhlükəli və təhlükəsiz xəbərlərin sərhədlərinin konturlarını vətəndaşlarımıza düzgün çatdırmaqdır.
Müsavat.com-un redaktoru Elşad Məmmədli isə beynəlxalq təcrübədən, sosial şəbəkələrdə yayılan xəbərlərin hüquqi tənzimlənməsi, şəxsi həyatın toxunulmazlığı, təhqirlə tənqidin fərqi, fərdi məlumatların yayılması, Azərbaycan seqmentində ciddi problemlərin olması və təmsil etdiyi qurumun – Mətbuat Şurasının neqativ hallara qarşı atdığı addımlardan bəhs etdi.
Misirdəki Azərbaycan diasporası təşkilatının sədri Ramil Niftaliyev layihənin önəminə toxunaraq, mövzunun vacibliyini diqqətə çatdırdı. Onun sözlərinə görə, hazırda hər bir şəxs asanlıqla sosial şəbəkələrdəki məlumatları izləyə bilir, xəbərdar olur. Hazırda qərəzli məlumatlar yetərincədir, bu da öz növbəsində cəmiyyətdə çaşqınlığa, müəyyən problemlərə səbəb olur.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurasının sədr müavini Ümüd Rəhimoğlu isə beynəlxalq təcrübədən, sosial şəbəkələrdə yayılan xəbərlərin hüquqi tənzimlənməsi, şəxsi həyatın toxunulmazlığı, fərdi məlumatların yayılması, Mətbuat Şurasının neqativ hallara qarşı atdığı addımlardan danışdı.
Sosial Tədqiqatlar Mərkəzinin nümayəndəsi Tural İsmayılov, Ted.az saytının redaktoru Nicat Abdullayev, Sosial tədqiqatlar Mərkəzinin nümayəndəsi Aytən Babayeva, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu mövzu ilə bağlı fikrilərini bölüşdülər, sosial şəbəkələrdə yayılan bəzi yalan xəbərlərin müəyyənləşdirilməsi, eləcə də sərhəddə erməni təxribatlarının əsl mahiyyətindən danışdılar. Çıxışlarda həmçinin pandemiya dövründə sosial şəbəkələrdən istifadənin daha da aktuallıq kəsb etdiyi, COVID-19 virusu ilə bağlı həm psixoloji təsirlərdən, həm də düzgün analiz olunmamış xəbərlərin insanlara mənfi təsirlərindən danışıldı.
Onlayn müzakirə iştirakçıları ekspertlərə suallar ünvanladı, vacib saydıqları məqamları gündəmə gətirdilər.
Qeyd edək ki, onlayn müzakirədə Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri Nemət İbayev universitetdə gənclər təşkilatlarının bu yöndə həyata keçirdiyi işlərin mahiyyətindən danışdı.
Təlim gənclərin mövzu ətrafında müzakirələri ilə davam etdirildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az