Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız “CISKO WEBEX” şirkəti tərəfindən təşkil olunmuş onlayn təqdimatda iştirak etdilər
Əməkdaşlarımız “CISKO WEBEX” şirkəti tərəfindən təşkil olunmuş onlayn təqdimatda iştirak etdilər
Avqustun 7-də “Cisko Webex” şirkəti təhsil müəssisələri nümayəndələri üçün videokonfrans həllinin onlayn təqdimatını keçirdi.
Təqdimatda distant təhsili təkmilləşdirən mobil tətbiq aləti, video/audiokonfransların təşkili, konfransların lentə alınması, onlayn testlərin təşkili və analitikası, davamiyyət üzrə hesabatlar, diqqətlilik göstəricisi, “Skype for Business”, “Microsoft Link” və digər programlar vəsitəsilə istifadəçilərin konfranslara qoşulma imkanı barədə məlumat verildi. Təqdimat Cisko üzrə təlimçi və beynəlxalq ekspert Daniel Kirillov tərəfindən keçirildi.
Ümumilikdə videotəqdimata müxtəlif universitetlərdən 100-ə yaxın iştirakçı qoşulmuşdu. Onlayn keçirilən təqdimatda Sumqayıt Dövlət Universitetindən Elmi hissənin müdiri dosent Samir Orucov, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d.Samirə Məmmədova, Kompüter Texnologiyaları Mərkəzinin mütəxəssisi Anar Dünyamalıyev və Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsinin operatoru Fətullayeva Sədaqət iştirak etdilər. Konfransın gedişatı zamanı iştirakçıların fəallıq göstəriciləri monitorda əks olunurdu və moderatorla canlı fikir mübadiləsinə qoşulmaq imkanı yaradılmışdı.
Videokonfransın sonunda tədbirin və təqdimatın təşkilinin qiymətləndirilməsi məqsədilə sorğu keçirildi. Sumqayıt Dövlət Universitetinin əməkdaşları müzakirələrdə fəal iştirak etdilər və sualları cavablandırdılar.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az