Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız “Distant təhsil və rəqəmsal öyrənmənin yeni sistemdə tətbiq olunması” mövzusunda keçirilən növbəti onlayn vebinarda iştirak etdilər
Əməkdaşlarımız “Distant təhsil və rəqəmsal öyrənmənin yeni sistemdə tətbiq olunması” mövzusunda keçirilən növbəti onlayn vebinarda iştirak etdilər
COVID-19 pandemiyası ilə əlaqədar bir çox nazirliklər, təhsil müəssisələri, universitetlər məsafədən və rəqəmsal təhsil üçün həll yolları axtarırlar. Problemin həlli istiqamətində Almaniyanın “LD” şirkəti yeni “LeyLab” və “LabDoc” sistemlərini yaratmışlar. Sistemlər haqqında ətraflı məlumat, onun tətbiqi və öyrənilməsi mövzusunda keçirilən vebinarda iştirak etmək üçün universitetimizə dəvət məktubu göndərilmişdi. Mövzunun aktuallığını nəzərə alaraq, iyulun 29-da universitetimizin rəhbərliyinin göstərişi ilə əməkdaşlarımız “Distant təhsil və rəqəmsal öyrənmənin yeni sistemdə tətbiq olunması” mövzusunda təşkil olunmuş vebinarda iştirak etdilər.
Almaniyanın “LD” şirkətinin təşkilatçılığı ilə keçirilən vebinarda Almaniya, Ukrayna, Polşadan olan mütəxəssislər silsiləli şəkildə məruzələrlə çıxış etdilər. Eduard Witting yeni mobil tətbiqin imkanları barədə ətraflı təqdimat etdi. Məruzə “LeyLab” və “LabDoc” proqramlarının işləmə prinsipləri haqqında idi.
Vebinarda “LeyLab” və “LabDoc” platformalarından istifadə etməklə onlayn və distant təhsil və tədrisinin yaxşılaşdırılması istiqamətində müzakirələr aparıldı, dinləyicilərin sualları cavablandırıldı. Qeyd edək ki, “LeyLab” və “LabDoc”proqramları əsasən fizika, kimya və biologiya kimi texniki fənlərin distant tədrisi məqsədilə yaradılmışdır. “Microsoft Teams” platfromasında da bu sistemin imkanlarından istifadə etmək mümkündür.
Müəllifin fikrincə, rəqəmsal medianın dərslərə inteqrasiya edilməsi müasir günümüzdə qarşıya çıxan çətinliklərdəndir. Distant-rəqəmsal texniki dərslər tələbələrin virtual imkanlarını və məhdudiyyətlərini, onların yaradıcılığını, problem-həll və əməkdaşlıq etmək bacarıqlarını üzə çıxarmaqda mühüm rol oynayır və cəmiyyətin dəyişən tələbatlarına uyğun olaraq, yeni imkanlar formalaşdırır.
Sonda növbəti vebinarların ardıcıl şəkildə keçiriləcəyi haqda da informasiya verildi. Platformadan yararlanmaq sınaq müddətində pulsuz, sonra müəlliflik hüququ əsasında ödənişli əsaslarla mümkün olacaq.
Vebinarda Azərbaycan universitetlərinin müəllim heyəti və İT mütəxəssisləri iştirak edirdi. SDU-dan Elmi hissənin müdiri dos.Samir Orucov, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d Samirə Məmmədova, İqtisadiyyat kafedrasının dosenti Lalə Vəliyeva, Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Sarvan Bədəlov, Xarici dillər kafedrasının müəllimi Jalə Məmmədova, Neft və kimya mühəndisliyi kafedrasının müəllimi Elnur Əhmədov, Dünya iqtisadiyyatı və marketinq kafedrasının 0,5 ştat müəllimi Nihad Hüseynov, Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsinin operatoru Sədaqət Fətullayeva və İTM-in mühəndis proqramçısı Murad Hüseynli iştirak etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az