Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Heç kim unudulmur və heç nə yaddan çıxmır
Heç kim unudulmur və heç nə yaddan çıxmır

Rus dili kafedrası alman faşizmi üzərində böyük qələbənin 70 illiyinə həsr olunmuş təqdimat keçirmişdir. Tədbiri kafedranın baş müəllimi Əminə Musayeva hazırlamışdır. Təqdimatda müxtəlif fakültələrin tələbələri, fakültə rəhbərliyi və müəllimlər iştirak etmişdirlər. Auditoriyaya daxil olanları Aleksandrovun müharibənin ilk günlərində yazılmış «Священная война» (“Müqəddəs müharibə”) mahnısının sədaları qarşılayırdı və hamı sanki o illərin abu-havasına qərq olurdu, müharibənin ağırlığını və möhtəşəmliyini hiss edirdi.
Auditoriyada “Heç kəs və heç nə unudulmur” başlığı altında stend yaradılmışdır. Burada hamı Böyük Vətən müharibəsinə həsr olunmuş kitablar, fotoşəkillər və plakatlarla tanış ola bilərdi.
Təqdimatın epiqrafı kimi böyük rus şairi A.S.Puşkinin “Mədəniliyi vəhşilikdən fərqləndirən cəhət keçmişə hörmətdir” kəlamı götürülmüşdür.
Tədbir əfsanəvi diktor Levitanın müharibənin başlanması haqda xəbərinin səslənməsi ilə başlandı. Lövhədə Böyük Vətən müharibəsinin ilk saatlarını əks etdirən slaydlarını əks etdirən slaydlar göstərildi. Şair Rəsul Həmzətovun «Журавли» (“Durnalar”) şeirinin sözlərinə yazılmış mahnı səsləndi.
Əsas diqqət Azərbaycanın Böyük Vətən müharibəsində iştirakına yönəldilmişdir. Müəllimə qeyd etmişdir ki, müharibədə Azərbaycan neftçiləri ölkə yanacağının 80% istehsal edirdilər və müharibənin yalnız ilk ilində cəbhəyə 23,5 milyon ton neft göndərmişdir. Hərbi ehtiyaclar üçün isə ümumilikdə 75 milyon ton neft təchiz edilmişdir. 
Marşal Q.Jukov Azərbaycanın faşizm üzərində qələbədə rolunu qeyd edərək demişdir: “Bakı neftçilər cəbhəyə və Vətənimizə lazım olan qədər yanacaq verirdilər ki, biz Vətənimizi qoruyaq və düşmən üzərində qələbə çalaq”.
Azərbaycanda 130 növ silah-sursat istehsal edilirdi. Bizim vətəndaşlar şəxsi vəsaitlərindən müdafiə fonduna15 kq qızıl, 952 kq gümüş, 320 milyon manat yığmışdırlar.
Tələbələr müharibədə qəhrəmancasına iştirak edən Azərbaycan oğulları Həzi Aslanov, Əhmədiyyə Cəbrayılov, Mehdi Hüseynzadə, İsrafil Məmmədov haqqında danışdılar. Sənədli və bədii filmlərdən parçalar nümayiş etdirildi.
“Müharibə illərində incəsənət” mövzusuna da toxunuldu. Müharibə illərində yaranan mahnılar səsləndi. K.Simanovun «Жди меня» (“Gözlə məni”) şeri və Dm.Şostokoviçin mühasirəyə alınmış Lelinqard şəhərində yazdığı “Yeddinci simfoniyasından” parçalar dinlənildi.
Dahi Azərbaycan şairi Nizaminin mühasirədə olan Lelinqradda Ermitaj muzeyinin soyuq zalında silahların atəşi səsləri altında keçirilən 800 illik yubileyi haqqında məlumat hamının marağına səbəb oldu. Həmin vaxt Ermitajın zalında Nizamiyə öz ehtiramını bildirdi, çünki Nizami də həmişə qəhrəmanları tərənnüm etmişdir.
Rus dili kafedrasnın dosenti Sona Məmmədova R.Rojdestvenskinin «Реквием» şerini oxudu. Onun xüsusi bir intonasiya və emosiya ilə çıxışı tələbə və müəllim heyətinin alqışlarına səbəb oldu.
Sonra qeyd edildi ki, hər il 9 may Qələbə günü Azərbaycanın Prezidenti İlham Əliyevmüharibə veteranları ilə görüşür. Bu gün ölkə Prezidenti, cənab İlham Əliyev İkinci Dünya müharibəsinin  ağır və çətin sınaqlarından keçmiş veteranların  qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində dövlətimizin başçısının 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin ailə üzvlərinə, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımın verilməsi barədə imzaladığı  müvafiq sərəncam Azərbaycanın dövlət siyasətinin humanist mahiyyətinə kəsb etməsinin növbəti bariz nümunədir.
Tədbirin sonunda baş müəllim Abdullayev Alik çıxış edərək Azərbaycanın hazırda Ermənistan tərəfindən işğal edilən torpaqlarından söz açaraq dedi ki, bizim xalq həmişə qəhrəman kimi döyüşmüşdür və vaxt gələcək biz öz torpaqlarımızı azad edəcəyik və bizim də Qələbə bayramı qeyd etməyə müəyyən günümüz olmasını arzu etdi.
Təqdimat kafedranın baş laborantı Həsənova Şəfəqin «День Победы» (“Qələbə günü”) mahnısını ifa etməsi ilə başa çatdı və bütün auditoriya ona qoşularaq mahnını ifa etdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az