Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əlvida unudulmaz tələbəlik illərim
Əlvida unudulmaz tələbəlik illərim
Mən, Aidə Həsənova Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin Metrologiya, standartlaşdırma və sertifikasiya ixtisası üzrə məzunuyam. Təhsil aldığım illərdə dekanımız dosent Ulduz Ağayevin qayğısını, dəstəyini hər zaman hiss etdik. Kafedramızın müdiri Qurban Abdullayev və kafedra müəllimlərimiz elmin dərin sirlərini bizə aşıladılar və bizdə ixtisasımıza qarşı sevgi oyatdılar.
Həyatımın ən gözəl dörd ili adlandıra bilərəm bu illəri. Dəyərli müəllimlərimi və qrup yoldaşlarımı tanıdım, yeni dostlar qazandım. Əziz müəllimlərimiz hər zaman bizlərin yanında oldular, biliklərini bizə öyrətməyə çalışdılar. Tələbəlik illərimin ən əsas hadisələri semestr imtahanları zamanı baş verirdi. Yaşadığım imtahan həyəcananını heç nə ilə qarşılaşdıra bilmərəm. Çünki, semestr boyunca öyrəndiklərimi 3 saat ərzində bir neçə vərəqə yazmalı və qarşılığında isə biliyimin qiymətini öyrənməli idim. Müəllim və tələbənin əziyyətinin qarşılığı tam da bu zamanda ortaya çıxırdı. Və sonunda yüksək qiymətləndirildiyimizi görmək, bu hissləri unudulmaz edirdi.
Universitetin rektoru, professor Elxan Hüseynov hər zaman, hər semestr tələbələrin yanında oldu, bizlərin qayğısına qaldı, hər hansı bir problemdə tələbənin xeyrinə olan qərarlar verdi. Fürsətdən istifadə edərək sevimli rektorumuza həm öz adımdan, həm də bütün məzunlar adından dərin təşəkkürümü bildirirəm. Nə yaxşı ki, Sumqayıt Dövlət Universitetinin məzunu oldum. Bu gün universitetimlə vidalaşıram. Magistr olduğum üçün bu universitetə, muəllimlərimə borcluyam. Doğma universitetimin adını həmişə ucalarda saxlayacağam. Əlvida unudulmaz tələbəlik illərim, müəllimlərim, qrup yoldaşlarım, digər tanıdıgım dostlar...
Mühəndislik Fakultəsinin Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma ixtisası üzrə məzunu Aidə Həsənova
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az