Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Ağsaqqallar şurasının sədri, Prezident təqaüdçüsü, professor Həsən Sadıqov məzunları onlayn formada təbrik etdi
SDU-nun Ağsaqqallar şurasının sədri, Prezident təqaüdçüsü, professor Həsən Sadıqov məzunları onlayn formada təbrik etdi
Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir. Tələbəlik illərinin acılı – şirinli anları artıq geridə qalır. İlboyu imtahan həyəcanı yaşayan məzunlar üçün ötən günlər indi artıq əlçatmaz bir arzu kimidir.
Sumqayıt Dövlət Universiteti növbəti məzunlarını yola salır.
Bu gün münasibətilə SDU-nun Ağsaqqallar şurasının sədri, Prezident təqaüdçüsü, professor Həsən Sadıqov universitetin kollektivini və məzunları təbrik edərək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzuladı. Bildirdi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Respublikamızda geniş quruculuq işləri aparılır, xalqın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühum proqramlar həyata keçirilir. Bu baxımdan təhsil sahəsində görülən işlər diqqətə layiqdir. Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət Proqramlarının uğurla gerçəkləşməsi, müsabiqələrin keçirilməsi bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir. Ölkəmizin kadr potensialının, elmi-mədəni elitasının formalaşmasında xidməti olan Sumqayıt Dövlət Universiteti bu gün də kadr potensialının inkişafı üçün layihələr gerçəkləşdirir, mühüm uğurlara imza atır. Sevindirici amildir ki, məzunlarımız dövlət qulluğu, təhsil və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. Məzularımızın uğurları bizləri çox sevindirir.
Hər il universitetimizdə Məzun Günü təntənəli şəkildə qeyd edilirdi. Lakin koronavirus infeksiyasının yayılması səbəbindən tədbirlər onlayn formada keçirilir. Tədris müvəqqəti dayandırılsa da, müəllimlərimiz dərslərini onlayn qaydada davam etdirməklə fədakarlıq nümunəsi göstərmişlər. Fürsətdən istifadə edərək yaradılan şəraitə görə universitetin rektoru professor Elxan Hüseynova və müəllimlərimizə minnətdarlığımı bildirirəm.
İnanırıq ki, yaxın vaxtlarda infeksiyanın qarşısı alınacaq, digər sahələrdə olduğu kimi təhsil sahəsində də geniş tədbirlərin keçirilməsi mümkün olacaqdır.
Əziz məzunlar!
Təhsil aldığınız ali məktəblə hər zaman əlaqə saxlamağı tövsiyə edərək Məzun Günü münasibətilə bir daha hər birinizi ürəkdən təbrik edirəm. Sizlərə möhkəm can sağlığı və yeni- yeni uğurlar arzulayıram.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az