Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da fakültələrarası ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş intellektual bilik yarışı keçirildi
SDU-da fakültələrarası ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş intellektual bilik yarışı keçirildi
Mayın 10-u Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə fakültələrarası ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş intellektual bilik yarışı keçirildi.
Yarışın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünü qeyd etmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək və asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir. Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq, sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Onun potensial güc mənbəyi Mhesab etdiyi, elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Bu gün tələbələrimizin bilik və savadlarının üzə çıxarılması üçün belə intellektual yarışların keçirilməsi əhəmiyyətlidir. Qeyd edək ki, yarışda hər birində 6 tələbə olmaqla, 7 komanda iştirak etdi.
Onlardan 1-ci yeri Tarix və coğrafiya fakültəsi, 2-ci yeri Filologiya fakültəsi, 3-cü yeri isə Kimya və biologiya fakültəsinin komandaları tutdu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az