Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirildi
İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirildi
Mayın 8-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirildi.
Tədbiri giriş sözü ilə fakültənin dekanı dosent Aynurə Yəhyayeva açaraq, Ulu öndər Heydər Əliyevin keçdiyi böyük, şərəfli, zəngin və mənalı ömür yolundan, müqayisəyəgəlməz ictimai və siyasi fəaliyyətindən bəhs etdi. Bildirdi ki, Ulu öndər Heydər Əliyevin ömür yolu yalnız və yalnız doğma Vətənimizin inkişafına və əziz xalqımızın rifahına, onun yüksəlməsinə həsr olunub. Ən çətin vaxtlarda xalqının yanında olan, xilaskarlıq missiyasını uğurla yerinə yetirən və müasir müstəqil Azərbaycanın qurucusuna çevrilən Ulu öndərin əvəzsiz irsi Azərbaycan xalqının milli sərvətidir. Dekan onu da vurğuladı ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Ulu öndər ölkəni xaos və böhrandan qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə siyasi sabitlik yaratdı. Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilib. Ümummilli liderin davamlı və dayanıqlı, sosial yönümlü və innovativ iqtisadiyyatın formalaşması istiqamətində həyata keçirdiyi strategiya, o cümlədən neft, aqrar islahatlar, özəlləşdirmə, regionların tarazlı inkişafı siyasəti, sahibkarlığın inkişafı, infrastrukturun, yeni istehsal sahələrinin yaradılması, nüfuzlu beynəlxalq maliyyə institutları ilə əlaqələrin qurulması kimi kompleks tədbirlər sonrakı illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Artıq dünyada layiqli yerini tutan Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzidir. Ölkəmiz davamlı inkişaf edir, siyasi sabitliyi, dayanıqlı iqtisadi inkişafı ilə seçilir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən xarici və daxili siyasət, gerçəkləşən iqtisadi doktrina belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də bu siyasətin davamı sayəsində hərtərəfli inkişaf sürətini daha da artıracaq, həm regional, həm də qlobal səviyyədə öz mövqelərini daha da möhkəmləndirəcəkdir. Bütün bunlar isə belə deməyə əsas verir ki, ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı sabitlik və inkişaf strategiyası bu gün də xalqımızı böyük qələbələrə aparır.
Biznesin təşkili və menecment kafedrasının müdiri Qalib Hüseynov Heydər Əliyev ilk müstəqillik illərində Azərbaycan dövlətinin rəhbəri olduqdan sonra ölkəmizin mövcud problemlərinin tədricən həllini tapdığını, iqtisadi və siyasi sabitliyin təmin olunduğunu və nəticə etibarilə iqtisadi inkişafın sürətləndiyini, ölkəmizin beynəlxalq arenada nüfuzunun artdığını, bütün istiqamətlər üzrə proqram və layihələrin işlənib hazırlandığını qeyd etdi.
Dosent Təranə Əhmədova, fakültənin tələbələri: Ülvi Məmmədov, Aysel Nəsirova, Aytac Sahibzadə çıxışlarında qeyd etdilər ki, Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda Ulu öndərin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az