Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun tələbələri videoçarx vasitəsilə müəllimlərinə minnətdarlıqlarını bildirdilər
SDU-nun tələbələri videoçarx vasitəsilə müəllimlərinə minnətdarlıqlarını bildirdilər
Ölkəmizdə koronavirusla bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığı nəzərə alınaraq, Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq, Sumqayıt Dövlət Universitetində bütün fakültələrdə tədris prosesi onlayn və oflayn formada təşkil olunub. Əyani, qiyabi və magistratura pilləsində təhsil alan tələbələrin böyük əksəriyyəti onlayn dərs prosesinə cəlb olunub. Dərslərin mənimsənilməsi üçün mühazirə materialları moodle.sdu.edu.az və “Microsoft Teams” proqramında yerləşdirilmiş, eyni zamanda “Zoom meeting online” və “Trueconf online” sistemləri və WhatsApp qrupları vasitəsilə ilə tədris prosesi uğurla davam etdirilir.
Tədrislə yanaşı, universitetdə tələbələrin asudə vaxtlarının təşkili istiqamətində də onlayn formatlı işlər görülür. Görkəmli Azərbaycan ədibi Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş “Realist ədəbiyyatın parlayan ulduzu” adlı onlayn elmi-praktik konfrans, Təhsil Nazirliyinin təşəbbüsü olan “Evdə qal, təhsildən qalma” layihəsi çərçivəsində universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr arasında onlayn formatda intellektual oyunlar, rəssamlıq, qiraət və ifaçılıq müsabiqələri keçirilmişdir.
Xüsusi karantin müddəti bitənə qədər dərslərin bu şəkildə təşkil olunması tələbələr tərəfindən müsbət qarşılanır. Onlar böyük həvəslə dərslərdə iştirak edirlər və minnətdarlıqlarını bildirmək üçün videoçarx hazırlamışlar. Tədrisin müvəqqəti olaraq dayandırıldığı bir vaxtda təhsil zəhmətkeşləri qarşısında tələbələrin təlim-tədrisdən qalmamasını təmin etmək vəzifəsi durur. Şərəfli peşə sahibləri gənc nəslin istər mənəvi, istərsə də zehni inkişafı istiqamətində fəaliyyətlərini uğurla davam etdirir və bu, onlarda işləmək əzmini daha da artırır. Hər müəllim üçün zəhmətinin boşa getmədiyini görmək ən böyük nailiyyətidir. Məhz müəllim əməyinin nəticəsində savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Onlar bu şərəfli işin öhdəsindən layiqincə gəlirlər. “Müəllim könül insanı, qəlb dostu, həqiqət carçısı, bəşəriyyətin iftixarı, dünya və axirət günəşidir”. Sumqayıt Dövlət Universitetinin tələbələri əziyyətlərini çəkən bütün müəllimlərinə təşəkkür etdilər.
 
Mətbuat xidməti


ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az