Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Mühəndislik fakültəsində “COVİD-19 pandemiyasi və yoluxucu xəstəliklərə qarşı mübarizə” adlı onlayn maarifləndirici seminar keçirildi
SDU-nun Mühəndislik fakültəsində “COVİD-19 pandemiyasi və yoluxucu xəstəliklərə qarşı mübarizə” adlı onlayn maarifləndirici seminar keçirildi
Aprelin 25-də Mühəndislik fakültəsi və Tələbə Gənclər Təşkilatı ilə birgə “COVİD-19 pandemiyası və yoluxucu xəstəliklərə qarşı mübarizə” adlı onlayn maarifləndirici seminar keçirildi.
Seminarı giriş sözü ilə Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev açaraq, son günlər bütün dünyada geniş vüsət alan koronavirus (2019-nCoV ) epidemiyası ilə bağlı ətraflı məlumat verdi. Bildirdi ki, dünyanı koronavirus epidemiyasının bürüdüyü və hər gün müxtəlif ölkələrdə çoxlu sayda insan ölümünün baş verdiyi bir zamanda Azərbaycanda bu yoluxucu xəstəliyə qarşı ciddi mübarizənin aparılması dövlətimizin başçısının əhalinin sağlamlığının qorunmasına, insan amilinə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Bu çətin zamanda ölkədə vəziyyətin nəzarət altında olması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, Prezident və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik əməkhaqlarını həmin fonda ianə etməsi, pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün maliyyə vəsaitinin ayrılması və həssas təbəqənin də maddi təminatı ilə bağlı göstərişi dövlət başçısının müdrik rəhbərliyinin, uğurlu siyasətinin nəticəsidir.
Dekan onu da vurğuladı ki, virusun ölkəmizdə geniş yayılmaması üçün dövlətin gördüyü tədbirlərlə bərabər, biz də əlimizdən gələni etməliyik.Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq, təhsilin davamlılığının təmin edilməsi məqsədilə Sumqayıt Dövlət Universitetinin bütün fakültələrində olduğu kumi, Mühəndislik fakültəsinin professor-müəllim və tələbə heyəti də dərsləri onlayn (məsafədən) formada davam etdirir. Bütün bunlarla yanaşı, tələbələrin asudə vaxtlarının daha səmərəli keçməsi üçün Tələbə Gənclər Təşkilatı, “Evdə qal” aksiyasına könüllü qoşularaq, fəaliyyətlərini onlayn formada davam etdirir, görüşlər təşkil edir. Onlayn psixologiya dərnəyi, intellektual oyun, kitab, conversation, rəsm klubları ilə keçirdikləri görüşlər nəticəsində təşkilatın üzvləri birliklərini, əzmkarlıqlarını nümayiş etdirirlər.
Dekan müavini Svetlana Əhmədova, Təlim-tərbiyə işləri üzrə dekan müavini Səbinə Əliyeva koronovirus, onun təsnifatı, bu virusa yoluxma halları və yoluxmanın aradan qaldırılması üçün hansı profilaktik tədbirlərin görülməsi haqqında məlumat verdilər. Çıxışlarının sonunda bu çətin günlərdə fədakar tibb işçilərinin, hər zaman bizləri qoruyan Azərbaycan polislərinin və bilik və bacarığını tələbələrdən əsirgəməyən müəllimlərin zəhmətini alqışladılar, hər kəsi ölkə başçısının verdiyi qanunlara ciddi əməl etməyə çağırdılar. “Evdə qal, sağlam qal, amma təhsildən qalma!” aksiyası çərçivəsində fakültədə təşkil olunmuş onlayn dərslərdə də tələbələrə aktiv olmağı məsləhət gördülər.
İnformasiya texnikası və proqramlaşdırma kafedrasının baş müəllimi Şəlalə Cəfərova, İnformasiya və kompüter texnikası kafedrasının baş müəllimi Könül Allahverdiyeva çıxış edərək bildirdilər ki, ölkəmizdə koronavirusun sürətlə yayılmasının qarşısının alınması məhz Prezident cənab İlham Əliyevin zamanında qəbul etdiyi doğru qərarların göstəricisidir. Dövlət başçısının göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ölkədə məhdudlaşdırıcı izolyasiya tədbirlərinin və xüsusi karantin rejiminin tətbiqi yayılmanın minumum həddə salınması üçün əsas oldu. Şübhəsiz ki, bu çətin günlər tezliklə arxada qalacaq və Azərbaycan sürətli inkişafını davam etdirəcək. Biz də ölkə başçısının çağırışına qoşularaq evdə qaldıq, amma fəaliyyətimizdən geri qalmadıq.
Proseslərin avtomatlaşdırılması kafedrasının assistenti Gülnarə Gəncəliyeva orta və ali ixtisas təhsili müəssisələrində bu kimi seminarların keçirilməsinin vacibliyindən, infeksion xəstəliklərin yoluxma mexanizmlərindən və onun profilaktikasından danışdı. Qeyd etdi ki, yoluxmanın qarşısını almaq üçün tələbələr arasında sağlam həyat tərzinin təbliği məqsədilə bu kimi seminarların keçirilməsinin əhəmiyyəti olduqca böyükdür.
Fakültənin TGT üzrə sədri Şəfiqə Kazımova dünyanı cənginə alan koronovirus pandemiyası haqqında, 621-ci qrupun tələbəsi Aysel Hümbətova "COVİD-19 və yoluxucu xəstəliklər, onlara qarşı mübarizə” mövzüsunda çıxış etdilər. Müəllimlərə COVİD-19 haqqında geniş məlumat verdiklərinə görə minnətdarlıqlarını bildirdilər, maarifləndirici tədbirlərin auditoriyalarda keçirilməsini arzuladılar.
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az