Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tarix və onun tədrisi metodikası kafedrası onlayn formada dərslərini davam etdirir
Tarix və onun tədrisi metodikası kafedrası onlayn formada dərslərini davam etdirir
Bu gün dünyanı öz təsiri altına alan koronavirus pandemiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək, ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısı cənab İlham Əliyevin ciddi nəzarəti altındadır. Dövlət səviyyəsində koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılmış, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülmüşdür. Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Sumqayıt Dövlət Universitetində də ardıcıl işlər həyata keçirilmişdir. Təhsil dayanmayan müddətdə zəruri maarifləndirmə tədbirləri təşkil olunmuş, dezinfeksiya işləri görülmüşdür. Qabaqlayıcı tədbir kimi respublikamızın bütün ərazilərndə tədris prosesi müvəqqəti olaraq dayandırılmışdır. SDU-da “Evdə qal, təhsildən qalma” prinsipi rəhbər tutularaq, tədris prosesi WhatsApp qrupları, ERASMUS+ layihəsi çərçivəsində hazırlanmış Moodle sistemi (moodle.sdu.edu.az), Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq “Microsoft Teams” (teams.microsoft.com) platforması, həmçinin “Zoom Cloud Meetings” üzərindən onlayn (məsafədən) formada təşkil edilmişdir. Qeyd edilən elektron proqramlarda tələbələrə tədris prosesində lazım olan bütün zəruri materiallar: mühazirə mətnləri, sillabuslar, təqvim-tematik planlar, kollokvium sualları, sərbəst iş mövzuları, imtahan sualları və fənnə dair tövsiyə olunan ədəbiyyatlar (pdf) elektron şəkildə yerləşdirilmişdir. Tarix və coğrafiya fakültəsi də yaranmış vəziyyətə uyğun olaraq, dərsləri onlayn formada davam etdirir.
Tarix və coğrafiya fakültəsinin Tarix və onun tədrisi metodikası kafedrası Tarix, Tarix müəllimliyi, Tarix və coğrafiya müəllimliyi ixtisaslarının bütün qruplarında, ikinci kurs Politologiya ixtisasında müxtəlif fənlərdən tədris olunan dərsləri WhatsApp qrupları, Moodle sistemi, “Microsoft Teams” platforması, həmçinin “Zoom Cloud Meetings” üzərindən onlayn (məsafədən) formada davam etdirir.
Kafedra əməkdaşları həmçinin Tarix ixtisasının qiyabi 817-1, 818-1 və 819-1 qrupları üzrə tədrisi qeyd olunan proqramlar üzərindən həyata keçirmiş, tələbələr bütün zəruri tədris materialları ilə təmin olunmuşlar.
Mətbuat xidməti


ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az