Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tarix və coğrafiya fakültəsində onlayn dərslərin təşkili uğurla davam etdirilir
Tarix və coğrafiya fakültəsində onlayn dərslərin təşkili uğurla davam etdirilir
Respublikada koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə orta və ali məktəblərdə tədris prosesinin müvəqqəti dayandırıldığı nəzərə alınaraq, Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq, Sumqayıt Dövlət Universitetinin bütün fakültələrində, o cümlədən Tarix və coğrafiya fakültəsində tədris prosesi onlayn və oflayn formada təşkil olunmuşdur.
Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev bildirdi ki, cəmiyyət olaraq karantin günlərində hər birimizin üzərinə müəyyən vəzifələr düşür. Bu günlərdə biz müəllimlərin, ziyalıların üzərinə daha böyük məsuliyyət düşür. Yaranmış vəziyyətlə əlaqədar olaraq, martın 12-dən etibarən Tarix və coğrafiya fakültəsində dərslər Whatsapp qrupu vasitəsilə onlayn formada keçirilmişdir. Belə ki, hər qrupda keçirilən bütün fənlər üzrə Whatsapp qruplar yaradılmış, mühazirə və seminar müəllimləri də bu qruplara qoşulmuşlar. Həmçinin mühazirə mətnləri tələbələrin e-mail ünvanlarına göndərilmişdir. Məşğələ müəllimləri yaradılan Whatsapp qruplarında mövzular üzrə tələbələrlə sorğu-sual apararaq, tapşırıqlarını vermişlər.
Onlayn dərslərin daha keyfiyyətli təşkili üçün fakültənin bütün müəllimləri və bakalavriat səviyyəsində I,II,III,IV kurslar üzrə əyani şöbədə 26 qrup, qiyabi şöbədə 3 qrup, magistratura pilləsində I kurs moodle.sdu.edu.az saytı və "Microsoft Teams" platformasında qeydiyyatdan keçərək, dərslərə başlamışlar. Həmçinin dərslər cədvəllər əsasında videodərslər vasitəsilə həyata keçirilir. Qeyd edək ki, hər iki elektron portalda bütün tədris materialları, imtahan sualları yerləşdirilmişdir. Bu prosesdə buraxılış qrupları da yaddan çıxmamış, Dövlət imtahanı verəcək tələbələr üçün suallar da daxil edilmişdir. Bakalavr səviyyəsində buraxılış işi, magistratura səviyyəsində dissertasiya işi yazan tələbə və magistrantlarla elmi rəhbərlər mütəmadi olaraq əlaqə saxlayır, mövzulara uyğun lazımi materialları tələbələrə çatdırırlar.
Dekan onu da qeyd etdi ki, dərslərin bu şəkildə təşkil olunması valideyn və tələbələr tərəfindən razılıqla qarşılanır. Tələbələr məmnunluqlarını videogörüntü vasitəsilə ifadə edirlər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az