Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz onlayn təlimdə iştirak edəcəklər
Tələbələrimiz onlayn təlimdə iştirak edəcəklər
Ölkəmizdə ingilis dili mütəxəssislərinə, ümumiyyətlə ingilis dilini öyrənənlərə və müəllimlərə dəstək üçün bir sıra layihələr təşkil edilir. Sumqayıt Dövlət Universiteti keyfiyyətli təhsil proqramı ilə ölkənin seçilən ali məktəbləri sırasındadır. SDU Avropa təhsil məkanına inteqrasiya istiqamətində mütəmadi olaraq dünyanın reytinq cədvəlində xüsusi mövqeyi olan Şərq, Avropa və Slavyan ölkələrinin nüfuzlu universitetləri ilə əlaqələrini genişləndirir, qabaqcıl texnologiyalar, idarəetmə üsulları, innovasiyalarla bağlı elmi-pedaqoji mübadilələr həyata keçirir. Geniş profilli Sumqayıt Dövlət Universiteti müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyən müəssisələr üçün ixtisaslı kadrlar hazırlayır. Universitetdə fəaliyyət göstərən Linqvistik Mərkəz də bu istiqamətdə atılan addımlardan biridir. Ümumiyyətlə, universitetdə tələbələrin maraq, istək və qabiliyyətlərinə uyğun hər cür imkanlar yaradılıb. Təbii ki, bütün bunlar gələcəyimiz olan gənc nəslin sabahı üçündür.
Belə ki, Sumqayıt Dövlət Universitetinin tələbələri aprel ayında “Creative spark” layihəsi çərçivəsində İngiltərənin Middlesax Universiteti və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunacaq “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” adlı onlayn təlimlərdə iştirak edəcəklər.
Təlim haqqında verilən elana əsasən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşı Nigar Məmmədova, TGT-nin sədri Tayfun Hacılı, İqtisadiyyat və idaretmə fakültəsinin tələbəsi Pakizə Məsimli, Tarix və coğrafiya fakültəsinin tələbələri: Aydın Sadıqov, Şəhanə Hətəmova, Ayşən Hüseynova, Fizika və elektroenergetika fakültəsinin tələbəsi Əli Ağacanlı, Filologiya fakültəsinin tələbəsi Şahin Hamza müraciət etmiş, onlar dil bilikləri müsahibə yolu ilə yoxlanıldıqdan sonra təlimə namizəd kimi seçilmişlər.
Qeyd edək ki, təlimin işçi dili ingilis dilidir. Fəal iştirakçılara sertifikatlar veriləcək.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az