Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin bütün fakültələrində olduğu kimi, Fizika və elektroenergetika fakültəsində də tədris prosesi onlayn davam etdirilir
Sumqayıt Dövlət Universitetinin bütün fakültələrində olduğu kimi, Fizika və elektroenergetika fakültəsində də tədris prosesi onlayn davam etdirilir
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Koronavirusla bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığı nəzərə alınaraq, Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq, Sumqayıt Dövlət Universitetinin bütün fakültələrində olduğu kimi, Fizika və elektronergetika fakültəsində də dərslərin distant keçirilməsi üçün işlərə başlanılmış, tədris prosesi onlayn formada təşkil olunmuşdur.
Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova bildirdi ki, bu sahədə görülmüş işləri üç mərhələyə bölmək olar: birinci mərhələdə qərara alınmışdır ki, WhatsApp ani mesajlaşma mübadilə sistemindən istifadə olunsun. Bu məqsədlə tədris qrupları və kafedralar üzrə WhatsApp işçi qrupları yaradılmışdır. Dərs cədvəlinə uyğun olaraq, əvvəlcədən təyin edilmiş tarixlərdə onlayn rejimində məşğələ dərsləri təşkil edilmişdir. Mühazirələrin mətnləri əvvəlcədən tələbələrə ötürülmüş və sual-cavab şəklində müzakirə edilmişdir. Bu zaman mühazirələrin Power Point proqramından istifadə edilməklə, səsli təqdimatları da yaradılmışdır. Laboratoriya işlərinin yerinə yetirilməsi üçün tələbələrə metodik göstərişlər verilmiş və onlara nəzəri hissələrin öyrənilməsi tövsiyə edilmiş, bəzi simulyasiya proqramlarından istifadə etməklə laboratoriya işlərini yerinə yetirib, hesabatlarını müəllimlərə təqdim etmələri təklif olunmuşdur. Məsələn, Güc elektronikası və intiqalın idarə edilməsi fənnindən laboratoriya işləri EWB simulyasiya proqramı vasitəsilə yerinə yetirilmişdir.
İkinci mərhələdə distant təhsilin təşkil edilməsi üçün nəzərdə tutulmuş Moodle sistemindən istifadəyə başlanılmış, fakültənin hər bir müəllimi və tələbəsi Moodle sistemində qeydiyyatdan keçmişdir. Bunun nəticəsində hər bir müəllim öz kurslarını yaratmış, tələbələr isə bu kurslara yazılaraq, fənnə dair mühazirə mətnlərindən, məşğələ dərslərindən, laboratoriya işlərinin yerinə yetirilməsi üçün metodik göstərişlərdən, təqdimatlardan və s. tədris materiallarından istifadə etmək imkanı əldə etmişlər.
Üçüncü mərhələdə isə Təhsil Nazirliyinin tövsiyəsi ilə daha çox imkanlara malik Microsoft Teams korporativ platformasının istifadəsinə başlanılmışdır. Hal-hazırda fakültənin hər bir müəllimi artıq qeydiyyatdan keçmişdir, tələbələrin qeydiyyatı isə sona çatır. Artıq qruplar üzrə bütün mühazirə, məşğələ və laboratoriya işləri yüklənmişdir. Bu gündən artıq imtahan sualları yerləşdirilir. Tələbələrin elektron ünvanlarına materiallar göndərilib, müəllimlər cəvəl üzrə WhatsApp vasitəsi ilə tələbələr ilə əlaqə saxlayırlar . Platformanın üstün cəhəti videokonfransların təşkil edilməsinin mümkünlüyüdür. Fakültənin əməkdaşları artıq belə bir sınaq konfransı keçirmişlər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az