Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız Türkiyədə keçirilən III ERASMUS Beynalxalq Simpoziumunda iştirak etdilər
Əməkdaşlarımız Türkiyədə keçirilən III ERASMUS Beynalxalq Simpoziumunda iştirak etdilər
Martın 6-7-də Türkiyənin Ankara şəhərində növbəti III ERASMUS Beynalxalq Simpoziumu keçirildi. Beynalxalq Simpoziumda Sumqayıt Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova “Azərbaycanda ümumi icbari təhsilin həyata keçirilməsi dövlətin təhsil siyasətinin əsas istiqamətlərindən biri kimi”, dosent Arzu Hüseynova “Azərbaycan Xalq Cümhuriyyəti ədəbiyyatında bölünmüş Vətən ideyası”, dosent Şamama Məmmədova “Polimer malzemeli gübre tohumlarının kapsamı süreci”, SDU-nun doktorantı Nigar Abbaszadə “Dövlətçiliyin inkişafının yeni mərhələsində hüquqi-demokratik islahatların həyata keçirilməsi”, dosent Kəmalə Salamova “Yeniyetmələrdə tənhalıq probleminin yaratdığı intihar meylinin sosial-psixoloji səbəbləri” mövzularında çıxış etdilər və bu mövzu ətrafında müzakirələr aparıldı.
Qeyd edək ki, 1987-ci ildə Avropa Birliyinin Avropa Birliyi ölkələri, habelə İslandiya, Lixtenşteyn, Şimali Makedoniya, Norveç, Türkiyə universitetləri arasında tələbə və müəllim mübadiləsi üçün nəzərdə tutulmuş ERASMUS (European Region Action Scheme for the Mobility of University Students) proqramı, 2014-cü ilin yanvar ayında isə təhsil, təlim, gənclik və idman üzrə bütün Avropa Birliyinin hazırki sxemlərini birləşdirən yeni ERASMUS + proqramı yaradılmışdır. ERASMUS proqramında 33 ölkədən 4 mindən çox təhsil müəssisəsi iştirak edir.
ERASMUS proqramının əsas məqsədi Avropada təhsilin keyfiyyətini artırmaq, Avropa və Avropa Birliyinə yaxın olan ölkələrin tələbələrinin mobilliyini və mədəni əlaqələrini inkişaf etdirməkdir. Bu məqsədlərə nail olmaq üçün mütəmadi olaraq Beynəlxalq Simpoziumlar təşkil olunur. ERASMUS təcrübəsi yalnız əlavə təhsil almaq üçün fürsət deyil, həm də digər ölkələrlə şəbəkə qurmaq və sosial inkişaf fürsəti kimi qiymətləndirilir. Bu nöqteyi-nəzərdən Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının Türkiyənin Ankara şəhərində III ERASMUS Beynalxalq Simpoziumunda iştirakı təhsil sahəsində xarici ölkələrlə əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlu addımlardan biridir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az