Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin tələbələri “Tour d" Azerbaidjan-2015”də veloyürüşünə dəstək oldular
Universitetimizin tələbələri “Tour d" Azerbaidjan-2015”də veloyürüşünə dəstək oldular

Mayın 6-da Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d" Azerbaidjan-2015” beynəlxalq veloyürüşü start götürdü. 5 günlük yarışda planetin 24 ölkəsini təmsil edən 25 komanda mübarizə aparır.
Universitetimizin 300-dən artıq tələbəsinin də maraqla izlədiyi nüfuzlu yarışın ilk mərhələsi Azərbaycanın “Snergy Baku” komandası üçün uğurlu nəticə ilə yadda qaldı. Belə ki, Elit yığma komandasının da şərəfini qoruyan Elçin Əsədov Dövlət Bayrağı Meydanından start götürən 154 km-dən ibarət marşrutun dağ mərhələsində hamıdan yaxşı nəticə göstərdi və bununla da qırmızı rəngli “AZAL” köynəyini əldə etdi.
Mərhələ qalibinə gəlincə, Sloveniyanın “Adria-Mobil” komandasının üzvü Marko Kump məsafəni hamıdan tez qət edib və bununla da mərhələ qalibinə verilən mavi rəngli “Snergy” köynəyinə sahib oldu. İtaliyanın “Androni Gicattoli” komandasının üzvü Françesko Kiki, həmçinin Azərbaycanın “Snergy Baku” və Elit yığma komandasının üzvü Maksim Averin isə liderdən cüzi fərqlə geri qalmaqla müvafiq olaraq 2-3-cü yerləri tutdular. Mərhələ qalibi olmuş Marku Kump ən yaxşı sprinter kimi yaşıl rəngli “SOCAR” köynəyinə sahib oldu. 
Qaliblərə mükafatı Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim etdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az