Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində koronavirus əleyhinə təkrar dezinfeksiya işləri aparıldı
Sumqayıt Dövlət Universitetində koronavirus əleyhinə təkrar dezinfeksiya işləri aparıldı
Son günlər bütün dünyada geniş vüsət alan koronavirus (2019-nCoV ) epidemiyası ilə bağlı Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrası ilə bağlı ölkəmizdə də qabaqlayıcı tədbirlər görülür. Bildiyimiz kimi, dünyanın bir neçə ölkəsində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair Nazirlər Kabinetində qərar qəbul olunub.
Qərarə əsasən Sumqayıt Dövlət Universitetində də tədris prosesi dayandırıldı. Tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlər barədə rektorun R-19/1 saylı, 25.02.2020-ci il tarixli əmrinin icrasını təmin etmək məqsədilə martın 6-da Sumqayıt Dövlət Universitetində təkrar əsaslı dezinfeksiya işləri aparıldı.
Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən universitetin bütün tədris binalarında: dəhlizlərdə, auditoriya və laboratoriyalarda, mərkəzlərdə, ictimai-iaşə obyektlərində və sanitar qovşağında koronavirusa qarşı dezinfeksiya işləri aparıldı.
Xatırladaq ki, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə SDU-da ardıcıl işlər həyata keçirilir. Bununla bağlı fevralın 14-də Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirildi. Tədbirdə Sumqayıt şəhər uşaq xəstəxanasının şöbə müdiri, şəhərin baş infeksionisti, Əməkdar həkim Sehri Babayev, FHN-nin Sumqayıt Regional Mərkəzinin həkimi, tibbi xidmət kapitanı Arzu Babazadə, Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloqu Lamiyə Məmmədova, 1 nömrəli Sumqayıt şəhər xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin həkimi Aytən Abdullayeva və universitetin professor-müəllim heyəti iştirak etdilər. Koronovirusun fəsadları və ondan qorunmağın yolları haqqında ətraflı məlumat verildi.
Fevralın 25-də Sumqayıt Dövlət Universitetində əsaslı dezinfeksiya işləri aparıldı.
Mətbuat xidməti
   

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az