Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ümumdünya Mülki Müdafiə gününə həsr edilmiş dərs keçirildi
Ümumdünya Mülki Müdafiə gününə həsr edilmiş dərs keçirildi
Fevralın 28-də Kimya və biologiya fakültəsinin Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının təşkilatçılığı ilə mülki müdafiə və tibbi biliklərin əsasları fənninə aid ixtisaslaşdırılmış auditoriyada fakültənin I kurs tələbələri üçün Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş açıq dərs keçirildi.
Açıq dərs formatında keçirilən tədbirdə Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının baş müəllimi Dilarə Piriyeva tələbələrə “Mülki müdafiə sistemi və ilk tibbi yardım” mövzusunda çıxış edərək fövqəladə hallar zamanı baş vermiş hadisələr, bu hallardan çıxış yolu tapmaq üçün lazımi qaydalar haqqında ümumi məlumat verdi. Dilarə Piriyeva maarifləndirici təbdbirlərin keçirilməsinin ənənəvi hal aldığını xatırladıb, bu işdə göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə təşəkkür etdi.
Tədbirdə sülh və müharibə şəraitində əhalinin və ərazinin təhlükəsizliyinin, sağlamlığının təmin olunması üçün görülən tədbirlər barəsində videoçarxlar göstərildi, əməli və nəzəri məlumatlar verildi.
Sonra auditoriyada kafedrada olan mülki müdafiə avadanlıqları sərgiləndi.
 
Mətbuat xidməti
   
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az