Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri istehsalat təcrübəsinə başlayıblar
İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri istehsalat təcrübəsinə başlayıblar
Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin IV kurs tələbələri istehsalat təcrübəsinə başlayıblar.
Dekan dosent Aynurə Yəhyayeva istehsalat təcrübəsinin əhəmiyyətindən danışdı, əvvəlki illərin təcrübəsindən çıxış edərək çox vaxt məzunların istehsalat və pedaqoji təcrübə keçdikləri müəssisələrdə işlə təmin olunduqlarını, həmin təşkilatlarda karyera qurmağa başladıqlarını və bu gün cəmiyyətdə nüfuz sahibi olduqlarını diqqətə çatdırdı. Dekan bildirdi ki, dekanlıq tərəfindən tələbələrin istehsalat təcrübəsi keçəcəyi müəssisələrlə bağlı siyahı tədris ilinin əvvəlindən hazırlanıb, siyahıya daxil olan bir cox müəssisə ilə Əsasnaməyə uyğun müqavilə bağlanıb. Bütün təşkilatlara təcrübə jurnalı və gündəliklər təhvil verilmişdir. Universitet rəhbərliyinin də dəstəyi ilə aparılan məqsədyönlü işlərin nəticəsi olaraq əlaqələrimiz daha da genişlənmişdir. Növbəti tədris ilində istehsalat təcrübəsinin daha səmərəli təşkil olunması üçün yeni müəssisə və təşkilatlarla əlaqələr qurulur.
Dekan onu da qeyd etdi ki, 2019-2020-ci tədris ilində İqtisadiyyat və idarəetmə fakültəsində müvafiq tədris planlarına uyğun olaraq 5 ixtisas üzrə 11 qrup istehsalat təcrübəsinə təhkim olunmuşdu. İstehsalat təcrübəsi ilə əlaqədar fakültə universitet və müəssisələrlə müxtəlif müqavilələr bağlamışdır. Belə ki, bu müqavilələrdən Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, “SOCAR Polymer”, “Atəşgah” Sığorta, Sumqayıt Telekommunikasiya Qovşağı, Azərbaycan Məişət Malları ASC və s. bağlanmışdır. Tələbələrimiz universitet ilə müqaviləsi olan 5 bank, 11 müəssisə və təşkilatlara yönləndirilmişdir. Belə ki, tələbələrimiz “Əmrah” Bank, “Rabitə” Bank, “Ekspress” Bank, “Yapıkredi” Bank, “Respublika” Bank kimi təşkilatların Sumqayıt filiallarında təcrübələrini keçir, banklarda imtahan verərək təcrübə keçmək üçün şans qazanmışlar. Fakültədən 31 tələbə “ASAN” Xidmət, 11 tələbə Sumqayıt Telekomnikasiya Qovşağı, Vergilər Nazirliyi və Maliyyə Nazirliyi hər birinə 15 tələbə, 10 tələbə “SOCAR Polymer”, 23 tələbə “Atəşgah Sığorta”, 10 tələbə Azərbaycan Respublikasi Təhsil Nazirliyinin 1saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi, 11 tələbə Sumqayıt Bələdiyyəsinə, 10 tələbə “El-plastik” MMC –yə və. s yönləndirilmişdi. Təcrübə rəhbərləri tələbələrin təhkim olunduqları müəssisələri ilə mütəmadi əlaqə saxlayır, istehsalat təcrübəsinin daha da effektiv təşkili məqsədilə müvafiq tapşırıqlar verirlər.
 
Mətbuat xidməti
   
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az