Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Fizika və elektroenergetika fakültəsində tədbir keçirildi
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Fizika və elektroenergetika fakültəsində tədbir keçirildi
Fevralın 24-də Fizika və elektroenergetika fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Fakültə dekanı dosent Tamella Əhmədova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verərək, Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq, qaçqın və məcburi köçkünə çevrilməsindən danışdı. Qeyd etdi ki, Xocalıda baş verən dəhşətli gecəni Azərbaycan xalqı 28 ildir ki, yaşayır. Xocalıda törədilən soyqırımı faciəsinin misli-bərabəri yoxdur. Dekan onu da qeyd etdi ki, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində mühüm işlər görülüb.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Elmar Xəlilov bildirdi ki, öz tarixinin müxtəlif mərhələlərində erməni millətçiləri tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 28 il əvvəl Xocalıda üzləşdi. Yalnız xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin prinsipial mövqeyi sayəsində dinc əhalimizə qarşı törədilən soyqırımına obyektiv hüquqi-siyasi qiymət verildi, Milli Məclisin 24 fevral 1994-cü il tarixli qərarı ilə 26 fevral “Xocalı Soyqırımı Günü” elan olundu. Hazırda dünyanın hər yerində Xocalı faciəsinin tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan Respubikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmiş və Xocalı faciəsini tanımışlar. Dünyanın hər yerində Xocalı faciəsinin tanınması ilə əlaqədar işlər davam edir. Bunlardan “Xocalıya ədalət!” kampaniyasını xüsusilə qeyd etmək lazımdır.
Çıxışlardan sonra tələbələr tərəfindən Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirildi.
Daha sonra Xocalı faciəsini əks etdirən videoçarx nümayiş etdirildi.
 
Mətbuat xidməti
   
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az