Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ERASMUS+EQAC layihəsi çərçivəsində tələbələr arasında növbəti sorğu keçirildi
ERASMUS+EQAC layihəsi çərçivəsində tələbələr arasında növbəti sorğu keçirildi
Fevralın 17-də Sumqayıt Dövlət Universitetində Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC (Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində tələbələr arasında növbəti sorğu keçirildi.
Sorğu Tarix və coğrafiya fakültəsinin bakalavriat və magistratura pilləsində təhsil alan tələbələri arasında aparıldı.
Sorğuda Tarix və coğrafiya fakültəsinin dekan müavini dosent Osman Hacıyev, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d Samirə Məmmədova, həmin şöbənin metodisti Nigar Məmmədova və lobarantı Gülnar Hüseynova iştirak edərək, ERASMUS+EQAC layihəsi haqqında təqdimatla çıxış etdilər.
Layihə çərçivəsində koordinator universitet olan Bakı Biznes Universiteti tərəfindən hazırlanmış online tələbə sorğu blankları dolduruldu və tələbələr həmin sorğunu cavablandırdılar. Qeyd etmək lazımdır ki, sorğular anonimlik təşkil edirdi.
Sorğuda 40 tələbə iştirak etdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az