Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ERASMUS+EQAC layihəsi çərçivəsində növbəti təlim keçirildi
ERASMUS+EQAC layihəsi çərçivəsində növbəti təlim keçirildi
Fevralın 17-də Bakı Biznes Universitetinin koordinasiya etdiyi Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC (Azərbaycan Ali Təhsil Müəssisələrində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetində Tarix və coğrafiya fakültəsinin magistrantları üçün “Fishbone” diaqramı mövzularında təlim keçirildi.
Təlim EQAC layihəsi çərçivəsində SDU-da yaradılan Keyfiyyət Təminatı Mərkəzinin müdiri Nihad Hüseynov tərəfindən aparıldı. O, Avropa Kommissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC layihəsi haqqında təqdimatla çıxış etdi. Təlim qrup işi və individual tapşırıqlarla keçirildi.
Təlimdə pilot ixtisasda təhsil alan tələbələrlə yanaşı, EQAC layihəsinin SDU tərəfdən meneceri, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, şöbənin əməkdaşı Nigar Məmmədova və lobarantı Gülnar Hüseynova da iştirak etdilər.
Təlim interaktiv, sual-cavab, müzakirələrlə davam etdi.
 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az