Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Gənc alimlərinin hesabat-seçkisi keçirildi
SDU-da Gənc alimlərinin hesabat-seçkisi keçirildi
Fevralın 13-də Sumqayıt Dövlət Universitetinin gənc alimlərinin hesabat-seçkisi keçirildi.
İclası giriş sözü ilə universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq, iştirakçıları salamladı, gənc alim və mütəxəssislərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açdı. Elm və təhsilin inkişafı üçün ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin bir çox fərman və sərəncamlar imzaladığını qeyd edərək, bu gün ölkə iqtisadiyyatının tələblərini ödəmək məqsədilə yüksəkixtisaslı mütəxəssis və alimlərin hazırlandığını vurğuladı,universitetdə aparılan gənclər siyasətindən, onların sosial problemlərinin həlli istiqamətində görülən əməli tədbirlərdən danışdı. Bildirdi ki, Prezident cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı Sumqayıt Dövlət Universitetindən də yan keçməmişdir. Prorektor universitetdə gənc alimlər üçün yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 27.12.2019-cu il tarixli (protokol 14-R) qərarı ilə Sumqayıt Dövlət Universiteti nəzdində 6 ixtisas üzrə fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Dissertasiya Şuraları, həmçinin Gənc alimlər Şurasının yaradıldığını diqqətə çatdırdı.
Prorektor universitetdə gənclərin daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb olunması istiqamətində mühüm adımlar atıldığını, dövlət proqramları çərçivəsində yerinə yetirilən lahiyələrdə fəal iştirak etmələri üçün tədbirlər görüldüyünü vurğuladı. Qeyd etdi ki, bu gün dövlətin təhsilə göstərdiyi diqqətin nəticəsidir ki, ali məktəb və elmi institutlarda yüksəksəviyyəli gənc araşdırmaçı kadrlar yetişir və bu Azərbaycan elminin sabahına olan ümidləri artırır. Prezident cənab İlham Əliyevin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” 2019-cu il 14 fevral tarıxli Sərəncamına əsasən doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlər artırıldı. Əlbəttə ki, sözügedən sənədlər dövlətimizin təhsilin inkişafına və tələbələrə, gələcək alimlərə diqqət və qayğısının göstəricisidir. Bu gün dövlət başçısı tərəfindən ölkəmizdə elmlə təhsilin inteqrasiyasının təmin edilməsi, gənclərin təhsilə, elmə, intellektual fəaliyyətə cəlb edilməsi, tələbələrin maddi rifahının yaxşılaşdırılması, gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması istiqamətində qəbul edilən qərarlar gənc nəsildə elmə marağın oyanmasında əhəmiyyətli rol oynayır. Son illər Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramı qəbul olunub, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı uğurla həyata keçirilib, 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiq edilib.
Gənc alimlərə “Clarivate Analytics” şirkətinin elmi bazasından istifadə imkanlarının yaradıldığını qeyd edən prorektor dünya elminə inteqrasiya məqsədilə Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar “ikili diplom”, doktorantların xarici ölkələrə ezam edilməsi, tədqiqatları üçün müvafiq şəraitin yaradılması məsələlərindən danışdı, bu yolda gənc alimlərə uğurlar arzuladı.
Sonra Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 02.12.2015-ci il tarixli (Protokol № 3) iclasında qəbul olunmuş “Gənc alimlər şurası haqqında Əsasnamə” yə uyğun olaraq Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Mürsəliyeva sədr, Xarici dillər kafedrasının müəllimi,dissertant Lamiə Heydərova katib, Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının böyük laborantı dissertant Aysel Qəribli sədr müavini seçildilər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az