Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin Strateji inkişaf planı üzrə görüş keçirildi
Sumqayıt Dövlət Universitetinin Strateji inkişaf planı üzrə görüş keçirildi
Fevralın 12-də Sumqayıt Dövlət Universitetində SDU-nun Strateji inkişaf planı üzrə xarici ekspertin işçi qrupu ilə görüş keçirildi.
Görüşdə universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Natiq Talıbov, Riyaziyyat fakültəsinin dekanı dosent Zəfər Hüseynov, Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d Samirə Məmmədova, Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Sarvan Bədəlov, İnformatika kafedrasının baş müəllimi Aygün Tağıyeva iştirak etdilər.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov çıxış edərək onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi. Prorektor universitet haqqında qısa məlumat verdi. Bildirdi ki, universitetin Strateji inkişaf planı 2020-2025-ci illəri əhatə edir və universitetin inkişaf perspektivləri nəzərə alınaraq hazırlanmışdır. Prorektor onu da qeyd etdi ki, son 10 ildə ölkənin sosial-iqtisadi həyatının modernləşdirilməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq bütün sahələr üzrə dayanıqlı yüksəlişə nail olunmuş, təhsil və elm sektorunun inkişafında əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda, həmçinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda insan kapitalının inkişafı, bilik və innovasiyalara əsaslanan inkişaf prioritet təşkil edir. Sumqayıt Dövlət Universiteti məhz bu kontekstdə Avropa təhsil xidmətləri bazarında rəqabətqabiliyyətli universitet yaratmaqla yüksəkixtisaslı müəllim, mühəndis, iqtisadçı və menecerlərin hazırlanmasını, fundamental və tətbiqi elmi tədqiqatların aparılmasını, ölkəmizin sosial-iqtisadi tərəqqisinə töhfələr verməyi hədəfləmişdir. Ötən 5 il ərzində Azərbaycanda təhsil sistemi inkişaf etmiş, elm və təhsilə aid müxtəlif dövlət sənədləri qəbul olunmuş, Azərbaycan Ali təhsil sisteminin Avropa ali təhsil məkanına inteqrasiyası istiqamətində mühüm addımlar atılmışdır. Təhsildə Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlar və eləcə də digər sənədlər üzrə tövsiyələr hazırlamaqla ali təhsil sisteminin Avropa ali təhsil məkanına daha da uyğunlaşdırılması, nəticədə, ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiya olunması Sumqayıt Dövlət Universitetinin əsas məqsədlərindən biridir. Ölkəmizin beynəlxalq aləmdəki daim artan nüfuzu, güclü iqtisadiyyatı, kollektivin zəngin potensialı, tərəfdaşlarımız və çoxsaylı məzunlarımızın birgə səyləri məqsədlərimizin həyata keçirilməsi üçün əminliyimizi artırır, reallaşdıracağımız bu strategiya Sumqayıt Dövlət Universitetini yüksək reytinqli modern universitetə çevirə biləcəyimizə əsas verir. Azərbaycan Ali təhsil sisteminin Avropa ali təhsil məkanına daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə dəstək göstərilməsi layihəsi olan Twinning layihəsi çərçivəsində müəyyən addımlar atılmışdır.
Kaunas Texnologiya Universitetinin əməkdaşı, Twinning layihəsi üzrə ekspert Turgita Siugzdiniene səmimi qarşılanmaya görə dərin təşəkkürünü bildirdi və universitetin Strateji inkişaf planı haqqında ətraflı fikir mübadiləsi apardı, bu plan üzrə hazırlanan hesabatı yüksək dəyərləndirdi.
Görüşdə universitetin Strateji inkişaf planı müzakirə olundu və prioritet istiqamətlər üzrə hədəfləri nəzərə alınaraq, illik fəaliyyət planı razılaşdırıldı.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az