Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Rektor növbəti dəfə payız imtahan sessiyasının gedişini izlədi
Rektor növbəti dəfə payız imtahan sessiyasının gedişini izlədi
Tələbəlik illəri hər kəsin gəncliyi ilə bağlı ən unudulmaz xatirələrini özündə ehtiva edir. Sumqayıt Dövlət Universitetində 2019-2020–ci tədris ilinin payız semestrinin imtahan sessiyasına artıq start verildi. İmtahanlarda yüksək nəticə əldə edən tələbələr üçün bu günün mənası və əhəmiyyəti bambaşqadır. Xüsusilə semestr boyu yüksək nəticə göstərən tələbə və magistrantların sevincləri yerə-göyə sığmır. Təbii ki, belə tələbələr gələcəkdə ixtisaslı kadr kimi ölkəmizin inkişafına öz töhfəsini verəcəklər. Yanvarın 9-da Fizika və elektroenergetika, Kimya və biologiya fakültələrində keçirilən imtahan prosesini universitetin rektoru professor Elxan Hüseynov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev, Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsinin müdiri dosent Xəlil Alıyev və fakültə dekanları izlədilər.
Rektor imtahan prosesinin gedişi ilə əlaqədar tələbələrin fikirlərini və onları maraqlandıran sualları dinlədi, sessiya ərzində tələbələrin biliklərinin əsas göstəricisi olan imtahanların şəffaf və obyektiv aparılması üçün qərargah, qaynar xətt, eləcə də imtahanlarla bağlı hər hansı narazılığı araşdırmaq üçün Apelyasiya Komissiyasının fəaliyyət göstərdiyini bildirdi.Yazılı formada təşkil edilən imtahanların səffaf və obyektiv keçirilməsi üçün bütün zəruri şəraitin yaradıldığını deyən rektor yarana biləcək istənilən məsələ ilə bağlı tələbələrin qaynar xətt və universitetin imtahan keçirilən tədris binalarında müraciət və təkliflər qutuları vasitəsilə daxil olan müraciətlərinə operativ qaydada baxıldığını diqqətə çatdırdı.
İmtahan prosesini yaxından izləyən valideynlər foyedə universitetin rektoru professor Elxan Hüseynovla qarşılaşdılar. Valideynlər universitetdə imtahanların şəffaflığını qorumaq, tələbələrin biliklərini sərbəst şəkildə nümayiş etdirmək məqsədilə yaradılan hər cür şəraitə görə rektor professor Elxan Hüseynova dərin minnətdarlıqlarını bildirdilər.
Sonra valideynlər Fizika və elektroenergetika fakültəsində və açıq səmada elektroenergetika üzrə Tədris muzeyi və yüksək gərginlikli yarımstansiya Tədris poliqonu ilə, tələbələrin dil biliklərini təmannasız artırmaq üçün Linqvistik Mərkəzin fəaliyyəti, Heydər Əliyev Mərkəzi, Elmi kitabxana, idman zalı, süni örtüklü futbol, voleybol, badminton və basketbol meydançaları, stolüstü oyunlar üçün köşklər ilə tanış oldular.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az