Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Bizim tələbələrin uğuru
Bizim tələbələrin uğuru
Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyi və Sankt-Peterburq Universitetinin birgə təşkilatçılığı ilə 2019-cu ilin dekabr ayında rus dili (xarici dil kimi) üzrə beynəlxalq online olimpiada keçirildi.
Olimpiadanın əsas məqsədi rus dilinə və rus mədəniyyətinə marağın artırılması və möhkəmləndirilməsi, onların xarici ölkələrdə populyarlaşması, rus dilinin beynəlxalq ünsiyyət dili kimi əhəmiyyətinin artırılmasından ibarətdir.
Olimpiada 2 mərhələdə keçirildi. Birinci mərhələ 3–18 dekabr, ikincisi isə 20–23 dekabr tarixlərində baş tutdu. Nəticələr 25 dekabrda açıqlandı.
Olimpiadada Sumqayıt Dövlət Universitetinin müxtəlif fakültələrindən Linqvistik Mərkəzdə rus dili öyrənən 9 tələbə iştirak etdi: 405-ci qrup tələbəsi Əlizadə Arif, 486-cı qrup tələbələri: Bayramova Növrəstə və Quliyeva Təhminə 925-ci qrup tələbəsi Vəliyev Tuqay, 903-cü qrup tələbələri: Muradxanova Lalə və Eyvazova Diana, 324-cü qrup tələbəsi Cahangirova Aynur, 320-ci qrup tələbəsi Muradov Murad, 629-cu qrup tələbəsi Niftaliyev Ramiz.
Onlar olimpiadanın birinci mərhələsini uğurla keçdilər. İkinci mərhələnin və ümumilikdə olimpiadanın qalibləri Bayramova Növrəstə və Niftaliyev Ramiz oldu. Onlara diplom və hədiyyələr veriləcək. Digər iştirakçılara isə olimpiadanın təşkilatçıları tərəfindən müsbət rəy və iştiraka görə təşəkkürnamə verildi. Hesab edirik ki, onlar da növbəti dəfə bu nüfuzlu olimpiadanın mükafatçısı olacaqlar.
Tələbələrimizi qalibiyyət münasibətilə təbrik edirik!
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az