Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Rektor payız imtahan sessiyasının gedişini izlədi
Rektor payız imtahan sessiyasının gedişini izlədi
Yanvarın 7-də Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev, Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov və fakültə dekanları Filologiya, Riyaziyyat, İqtisadiyyat və idarəetmə, Tarix və coğrafiya, Mühəndislik fakültələrində keçirilən imtahan prosesini izlədilər və tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlandılar.
Rektor professor Elxan Hüseynov qeyd etdi ki, 2019-2020-ci tədris ili payız semestrinin imtahan sessiyasını Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə tənzimləyici əmr imzalayıb. Əmrə uyğun olaraq, universitetdə sessiyanı normal şəraitdə, obyektiv başa çatdırmaq məqsədilə hər cür şərait yaradılıb.Tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi qarşıya məqsəd qoyulub. Belə ki, universitetdə Operativ qərargah və “Qaynar xətt” fəaliyyət göstərir. Qiymətlərindən narazı olan tələbələr apelyasiya komissiyasına ərizə ilə müraciət edə bilərlər. Bununla yanaşı, SDU-nun fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, eləcə də imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçirilməsi barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə universitetin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurası yaradılıb. Təbii ki, bütün bunlar imtahanların tam obyektivliyinin təmin olunmasına xidmət edir.
Rektor tələbələri narahat edən məsələlərlə maraqlandı, hər hansı problem yaranacağı təqdirdə, ona müraciət edə biləcəklərini bildirdi.
Tələbələr də öz növbələrində yaradılan şəraitdən və imtahanların gedişindən razı qaldıqlarını bildirdilər. Qeyd edək ki, SDU-da payız semestrinin imtahan sessiyası dekabrın 30-dan başlayıb, fevralın 1-də bitəcək.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az