Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Fakültənin ən yaxşı müəllimi” adlı bədii əyləncəli tədbir keçirildi
“Fakültənin ən yaxşı müəllimi” adlı bədii əyləncəli tədbir keçirildi
Dekabrın 25-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Fakültənin ən yaxşı müəllimi” adlı bədii əyləncəli tədbir keçirildi.
Tədbiri giriş sözü ilə fakültə dekanı dosent Aynurə Yəhyayeva açaraq, fakültənin əldə etdiyi nailiyyətlərdən danışdı. Qeyd etdi ki, bədii əyləncəli tədbirin keçirilməsində əsas məqsəd müəllim və tələbələrin birliyini nümayiş etdirməklə, iqtisadçıların yalnız iqtisadi sahələrdə deyil, eləcə də özfəaliyyət sahəsində də istedadlarını göstərməkdir.
Tədbirin təşkilatçısı və aparıcıları: Dünya iqtisadiyyatı və marketinq kafedrasının baş müəllimi Gülbəs Rüstəmova və həmin kafedranın baş laborantı Nihat Hüseynov çıxış edərək, beş nominasiya: “ən qayğıkeş müəllim”, “ən məsuliyyətli müəllim”, “ən savadlı müəllim”, “ən tələbkar müəllim”, “ən yaxşı müəllim” üzrə tələbələr arasında anonim keçirilmiş sorğunun nəticələrini elan etdilər və qalibləri təqdim etdilər.
Tədbir bədii hissə ilə davam etdi. Fakültənin istedadlı tələbələrinin ifasında musiqi nömrələri səsləndirildi, müəllim və tələbələrin birgə iştirakı ilə səhnəciklər göstərildi.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az