Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Psixologiyanın aktual məsələləri müzakirə olundu
Psixologiyanın aktual məsələləri müzakirə olundu
Sumqayıt Dövlət Universitetində “Elmlərarası inteqrasiya: linqvodidaktik, linqvokulturoloji və psixolinqvistik aspektlər” mövzusunda keçirilən Beynəlxalq elmi konfransın davamı olaraq xarici ölkələrdən dəvət olunmuş alimlər müxtəlif mövzularda seminar, dəyirmi masa və görüşlər keçirdilər.
Dekabrın 20-də dəyirmi masa ətrafında Rusiyanın Kuban Dövlət Universitetinin dosenti Çepeleva Lada Metallovna sosial - psixoloji ixtisas üzrə təhsil alan tələbələrə “Psixologiyanın aktual məsələləri” mövzusunda ətraflı çıxış etdi.
Əvvəlcə Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova qonağı salamladı, onu universitetdə görməkdən məmnunluğunu ifadə etdi. Bildirdi ki, universitetimizdə mütəmadi olaraq yerli və xarici alimlər tərəfindən müxtəlif görüşlər təşkil olunur, fikir mübadiləsi aparılır. Belə görüşlərin təşkil olunması beynəlxalq təcrübənin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Aytəkin Məmmədova həmçinin SDU-da inklüziv təhsil mühitinin yaradıldığını, əlilliyi olan tələbələr üçün mərkəz təşkil edildiyini və bu istiqamətdə universitetin bir neçə layihələrdə tərəfdaş qismində uğurla işini davam etdirdiyini diqqətə çatdırdı.
Qonaq səmimi qarşılanmaya görə kollektivimizə dərin təşəkkürünü bildirdi. Gəncləri maarifləndirmək üçün təşkil olunan seminar, dəyirmi masa və görüşləri yüksək qiymətləndirdi.
Mövzu ətrafında fikir mübadiləsi aparıldı, tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırıldı. Dəyirmi masada həmçinin iki ölkənin təhsil sahələri arasında sıx əlaqələr çərçivəsində gələcək əməkdaşlığın perspektivləri məsələsi də müzakirə olundu.
Sonda Çepeleva Lada Metallovnaya SDU-nun rektoru tərəfindən imzalanmış sertifikat təqdim olundu.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az