Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin professoru humanitar yönümlü tədqiqatçılar üçün seminar keçirdi
Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin professoru humanitar yönümlü tədqiqatçılar üçün seminar keçirdi
Dekabrın 20-də Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin professoru Şolpan Kuzarovna Jarkınbekova humanitar yönümlü tədqiqatçılar üçün “Scope və İmpakt faktorlu jurnalların seçilməsi yolları və onlarda məqalələrin çap olunması” üsul və yolları mövzusunda seminar keçirdi.
Seminarda Filologiya fakültəsinin professor və müəllim heyəti ilə yanaşı, doktorant və dissertantlar da iştirak etdilər. Ş.K.Jarkınbekova bu jurnalları tapmağın və müəyyən etməyin, orada mövzu seçməyin, məqalə hazırlamağın və məqalə göndərməyin ən səmərəli, rahat üsul və yollarını izah etdi.
Qeyd edək ki, konfrans günlərində keçən ustad dərsi və dəyirmi masaların böyük elmi və praktik əhəmiyyəti var. Belə ki, keçirilmiş tədbirlər, alimlərarası elmi fikir mübadilələri gələcəkdə universitetlərarası əməkdaşlıq münasibətlərinin yaranmasına, ölkələrarası, xalqlararası, mədəniyyətlərarası dialoqların qurulmasına, qarşılıqlı anlaşmaya münbit zəmin yaradır.
Bu konfransın bir özəlliyi də ondan ibarət idi ki, bütün iştirakçılar elə konfransın gedişatında konfrans materiallarının çap olunmuş toplusunu və sertifikatları əldə etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az