Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Avropalı mütəxəssislər universitetimizdə seminar keçirdilər
Avropalı mütəxəssislər universitetimizdə seminar keçirdilər
Dekabrın 18-də Sumqayıt Dövlət Universitetində Avropa Komissiyasının maliyyələşdirdiyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin koordinasiya etdiyi Tvininq layihəsi çərçivəsində seminar keçirildi.
Universitetin ERASMUS+PETRA layihəsi çərçivəsində açılmış Təlim və Öyrənmə Mərkəzində keçirilən seminar Fransalı mütəxəssislər: Jan Jak və Liza Bidanova tərəfindən aparıldı. Seminarın mövzusu Universitetin staretji İnkişaf Planının hazırlanması idi. Seminarda Riyaziyyat fakültəsinin dekanı dosent Zəfər Hüseynov, Xarici Dillər kafedrasının müdiri professor Nigar İsgəndərova, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, Karyera Mərkəzinin müdiri dosent Əmirxan İsayev, Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları: Nigar Məmmədova və Gülnar Hüseynova iştirak etdilər.
Seminar 5 Avropa universitetinin (Bellfast Universiteti (Fransa), Orta Şərq Texniki Universiteti (Türkiyə), Qroningen Universiteti (Niderland), Rusiya Dövlət Humanitar Universiteti və Boloniya Universiteti (İtaliya) nümunələri üzərində aparıldı. Əsas diqqət İtaliyanın Boloniya Universitetinə yönəldi. Moderatorlar universitetin Strateji İnkişaf Planının yazılmasının önəmindən bəhs etdilər, sənədin yazılması qaydaları və mexanizmlərini izah etdilər.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az