Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “İqtisadi terminlər” adlı bilik yarışı keçirildi
“İqtisadi terminlər” adlı bilik yarışı keçirildi
Dekabrın 13-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə II kurs tələbələri arasında “İqtisadi terminlər” adlı bilik yarışı keçirildi.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov keçirilən bilik yarışlarının gənclərin intellektual oyunlara marağını artırmaq baxımından əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, belə bilik yarışlarının keçirilməsi gənclərimizin daha yüksək səviyyədə yetişməsinə xidmət edəcək, tələbələrin əldə edəcəkləri nailiyyətlər onlarda elmi motivasiya hissini gücləndirəcək və gələcək uğurlara istiqamətləndirəcəkdir. Prorektor çıxışının sonunda belə yarışların ənənəvi hal almasının vacibliyini vurğulayaraq, iştirakçılara uğurlar arzuladı.
Fakültənin dekanı dosent Aynurə Yəhyayeva çıxış edərək, müasir dünyada ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət göstərildiyini bildirdi. Tələbələrin bilik və düşünmə bacarıqlarının, məntiqi təfəkkürlərinin inkişafında bilik yarışlarının əhəmiyyətini diqqətə çatdırdı.
Sonra yarışa start verildi. 4 komanda öz bilik və bacarıqlarını sınadı. Qeyd edək ki, tələbələrarası bilik yarışı 3 tur üzrə keçirildi. Gərgin və maraqlı keçən bilik yarışında 4 komandadan I yerə “Leqends”, II yerə “Yenilməzlər” komandaları layiq görüldülər.
Sonda komandalara hədiyyələr təqdim edildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az