Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fakültələrdə ümummilli lider Heydər Əliyevin anım günü qeyd edildi
Fakültələrdə ümummilli lider Heydər Əliyevin anım günü qeyd edildi
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçilyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanmışdır. Heydər Əliyevin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Xalqımız ümummilli liderin bu xidmətlərini heç zaman unutmur, hər il dekabrın 12-də respublikamızın hər yerində Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimləri keçirilir. Bu münasibətlə Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə bütün fakültələrdə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü qeyd edildi.
Əvvəlcə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxışçılar dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışdılar. Bildirdilər ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail oldu. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladı və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi. Əsası Ulu öndər tərəfindən qoyulan siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. O da vurğulandı ki, Heydər Əliyev dahi bir şəxsiyyət və böyük ideyaların müəllifi kimi nəsildən-nəslə Azərbaycan xalqının qəlbində daimi yaşayacaqdır.
Tədbirlərin sonunda Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az