Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “İnsan hüquqları”mövzusunda maarifləndirici tədbir keçirildi
“İnsan hüquqları”mövzusunda maarifləndirici tədbir keçirildi
Dekabrın 10-da Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Kimya və biologiya fakültəsində “İnsan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan dekan müavini Sabir Ələkbərov ölkəmizdə insan hüquqlarının daima ön planda olduğundan və dövlətimizin bu sahədə gördüyü işlərdən danışdı. Bildirdi ki, ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”na əsasən respublikamızda etnik, dini mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq, bütün insanlar üçün bərabər imkanlar və şərait yaradılıb, insan hüquqlarının və azadlıqlarının təmini sahəsində mühüm işlər həyata keçirilib, ölkədə insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində mütəmadi olaraq zəruri tədbirlər görülüb. Sabir Ələkbərov onu da qeyd etdi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu tədbirlər uğurla davam etdirilir və ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində atılan addımlar, qəbul olunan dövlət proqramları bunun bariz nümunəsidir.
Fakültənin TGT sədri Kənan Namazov və III kurs tələbəsi Bahar Mikayılova mövzu ətrafında çıxış etdilər. Bildirdilər ki, 1948-ci il dekabrın 10-da BMT Baş Məclisi "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə" qəbul etdi. Bu sənədin qəbul edilməsində məqsəd insan hüquqlarını və bütün ölkələrin əməl etməli olduqları normaları müəyyən etmək idi. Bəyannaməni qısa bir müddətdə dünya ölkələrinin böyük əksəriyyəti, hətta ən qəddar diktaturalar belə imzalamışdılar. "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə" müxtəlif sosial-iqtisadi quruluşlu dövlətlərin insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq imkanlarını nümayiş etdirmiş mühüm beynəlxalq sənəddir. O, dünya dövlətlərinin konstitusiya və qanunlarına da öz müsbət təsirini göstərir.
Sonda insane hüquqlarına dair videoçarx nümayiş olundu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az