Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirildi
“Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirildi
Dekabrın 10-da Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Xalqa bağışlanan ömür” adlı tədbir keçirildi.
Əvvəlcə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Riyaziyyat fakültəsinin dosenti Məhəmmədəli Məmmədov, Riyaziyyat fakültəsinin TGT sədri Ülkər Laçınova və digər tələbələr çıxış edərək, Ulu öndərin Azərbaycana yenidən qayıdışı və xilaskarlıq missiyası barədə məlumat verdilər. Ulu öndər Heydər Əliyevin elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərdən, dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən danışdılar. Bildirdilər ki, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli liderin vəfatının ildönümü xalqımız tərəfindən dərin kədər hissi ilə qeyd olunur.
Tədbirin sonunda Ulu öndər Heydər Əliyevin şərəfli həyat yolunu əks etdirən videoçarx nümayiş olundu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az