Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ERASMUS+EQAC layihəsi çərçivəsində tələbələr üçün təlim keçirildi
ERASMUS+EQAC layihəsi çərçivəsində tələbələr üçün təlim keçirildi
Dekabrın 10-da Bakı Biznes Universitetinin koordinasiya etdiyi Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC (Azərbaycan Ali Təhsil Müəssisələrində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetində Kompüter mühəndisliyi ixtisasında təhsil alan tələbələr üçün təlim keçirildi. Qeyd edək ki, Kompüter mühəndisliyi ixtisası EQAC layihəsi çərçivəsində pilot ixtisas kimi seçilmişdir. Tələbələrə Taksanomiya, Fishborn diaqramı mövzularında təlim keçildi.
Təlim EQAC layhəsi çərçivəsində SDU-da yaradılan Keyfiyyət Təminatı şöbəsinin müdiri Nihad Hüseynov tərəfindən aparıldı. Təlimdə pilot ixtisasda təhsil alan tələbələrlə yanaşı, EQAC layihəsinin SDU tərəfdən meneceri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova və şöbənin əməkdaşı Nigar Məmmədova da iştirak etdilər.
Təlim interaktiv, sual-cavab, müzakirələr şəkilində aparıldı.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az