Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da fakültələrarası “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirildi
SDU-da fakültələrarası “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirildi
Dekabrın 9-da Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin və incəsənətinin təbliği məqsədilə fakültələrarası “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirildi.
Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Elmar Xəlilov çıxış edərək, iştirakçıları salamladı və ölkə başçısının gənc nəslə göstərdiyi diqqət və qayğıdan, dövlət gənclər siyasətinin uğurlu inkişafından danışdı. Bildirdi ki, yarışın məqsədi "Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin intellektual səviyyəsini və dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq və asudə vaxtlarını səmərəli təşkil etməkdir. Dosent Elmar Xəlilov bu yarışın tələbələrin müxtəlif fənlərə marağının artırılmasına, həmçinin həmin fənlər üzrə onların hazırlıq səviyyəsinin nümayiş etdirilməsinə şərait yaratdığını, istedadlı gənclərin aşkara çıxarılmasına xidmət etdiyini bildirərək, gənclərimizin daha yüksək səviyyədə yetişməsinə dəstək verəcəyinə, onlarda elmi motivasiya hissini gücləndirəcəyinə və gələcək uğurlara istiqamətləndirəcəyinə əminliyini bidirdi, komandalara uğurlar arzuladı.
Tarix və coğrafiya fakültəsinin baş müəllimi Sarvan Bədəlov yarışın qaydaları haqqında məlumat verdi.
Yarışda 7 komanda iştirak etdi. Komandalar 3 turdan ibarət birinciliyin qalibi olmaq uğrunda mübarizə apardılar. Nəticələrə əsasən Tarix və coğrafiya fakültəsinin komandası birinci, Filologiya fakültəsinin komandası ikinci, Mühəndislik fakültəsinin komandası isə üçüncü oldu.
Sonda qalib komandanın üzvlərinə diplom və kubok təqdim edildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az