Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Dini ekstremizm və ayrı-seçkilik” mövzusunda maarifləndirici tədbir keçirildi
“Dini ekstremizm və ayrı-seçkilik” mövzusunda maarifləndirici tədbir keçirildi
Dekabrın 6-da Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Tarix və Coğrafiya fakültəsində “Dini ekstremizm və ayrıseçkilik” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi Günel Adıgözəlova ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı üçün hər cür şəraitin yaradıldığını, Azərbaycanın tolerantlıq mərkəzi kimi tanındığını bildirərək, Azərbaycanda dövlət-din münasibətlərinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırdı.Bildirdi ki,ölkəmizdə tarixən müxtəlif millətlərin nümayəndələri birgə yaşayıb, bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşılıb, bu gün də dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin fəaliyyəti Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Günel Adıgözəlova bu sahədə gənclərə dəyərli tövsiyələr verərək, gənclərin ekstremist təmayüllü dini cərəyanlara qoşulmaması üçün mili-mənəvi dəyərlərə, dövlətinə bağlı olmasının önəmini vurğuladı.
Tarix və coğrafiya fakültəsi üzrə TGT sədri Pərvin Aslanov ekstremizm və radikalizm onların yaranma səbəbləri haqqında melumat verdi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.
 
 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az