Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız “Əşyaların interneti: müasir cəmiyyətin təməli” mövzusunda keçirilən 2-ci Xəzər İnnovasiya Konfransında iştirak etdilər
Əməkdaşlarımız “Əşyaların interneti: müasir cəmiyyətin təməli” mövzusunda keçirilən 2-ci Xəzər İnnovasiya Konfransında iştirak etdilər
“Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində dekabrın 4-də Bakıda “Əşyalar interneti: müasir cəmiyyətin təməli” mövzusunda II Xəzər İnnovasiya Konfransı keçirildi.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə konfransın nazirliyin təşəbbüsü, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Kembric Mərkəzi Asiya Forumu, “Aztelekom”, “Baktelekom”, Məlumat Hesablama Mərkəzi və “Azercell”in tərəfdaşlığı ilə təşkil olunduğunu dedi. E.Vəlizadə “Əşyaların interneti”nin “5G”, bulud texnologiyaları, böyük verilənlər, süni intellekt kimi texnologiyalar ilə birlikdə sürətlə bütün sahələri dəyişdiyini söyləyib. Yeni texnologiyalar, o cümlədən “Əşyaların interneti”nin bu gün hökumətlərin, beynəlxalq təşkilatların diqqət mərkəzində olduğunu vurğulayan nazir müavini Beynəlxalq Telekommunikasiya İttifaqı və Dünya İqtisadi Forumunun bununla bağlı tövsiyələr hazırladığını diqqətə çatdırdı. Bildirdi ki, nazirliyin tabeliyindəki İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində “Microsoft Azerbaijan” şirkətinin dəstəyi ilə “Əşyaların interneti laboratoriyası” qurulub. “Laboratoriyada “Əşyaların interneti” həllərinin yaradılması üçün hər cür şərait var. Artıq burada yaradılmış bir neçə həll “Bakutel” sərgisinin “Əşyaların interneti” stendində nümayiş etdirilir.
Daha sonra Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jao çıxış edib. Baş katib bildirib ki, 2025-ci ildə “Əşyaların interneti” bazarının həcminin 1 trilyon dollar olacağı, şəbəkəyə qoşulacaq əşyaların sayının isə 75 milyarda çatacağı proqnozlaşdırılır.Regional Rabitə Birliyinin (RRB) İcraiyyə Komitəsinin baş direktoru Nuriddin Muhitdinov isə dedi ki, RRB MDB ölkələri arasında rominq tariflərinin endirilməsi üzrə memorandum hazırlayır. Qeyd olunan sənədin 2020-ci ildə imzalanacağı gözlənilir: “Sənədin imzalanmasına dair qərar MDB hökumət başçıları səviyyəsində qəbul oluna bilər.
Tədbirdə “Əşyaların interneti” üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu texnologiyaların tətbiqi üçün hüquqi-tənzimləmə məsələləri müzakirə olundu.
Konfrans çərçivəsində region ölkələrinin hökumət rəsmiləri, tənzimləyici qurumların rəhbərləri, beynəlxalq təşkilatların, mobil operatorların, qlobal vendorlar və inteqrator şirkətlərin yüksək səviyyəli nümayəndələri bir araya gəldi. Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev, İnformasiya Texnologiyaları Mərkəzinin direktoru Fərmayıl İsmayılov, mərkəzin mühəndis-proqramçısı Murad Hüseynli iştirak etdilər.
Qeyd olundu ki, növbəti illərdə Xəzər İnnovasiya Konfransının “Süni intellekt”, “Rəqəmsal startaplar və innovativ sahibkarlıq”, “Dördüncü sənaye inqilabı”, “Elm tutumlu istehsalat”, “Kiberhazırlıq” və sair kimi mövzuları əhatə etməsi nəzərdə tutulur.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az