Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da pilot ixtisas üçün təlimlər keçirilmişdi
SDU-da pilot ixtisas üçün təlimlər keçirilmişdi
Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atılmışdır. 2005-ci ildə Azərbaycan Boloniya sisteminə qoşulmuşdur. Boloniya prosesinin öhdəlikləri əsasən Avropa İttifaqı sistemlərinin şaxələndirilməsi, tanınma məsələlərinin asanlaşdırılması, Avropa ali təhsilinin keyfiyyətinin artırılması (Keyfiyyət Təminatı sisteminin icrası) təşkil edir. Bu proseslərin icrasında əsas məsuliyyət Ali təhsil müəssisələrinin üzərinə düşür. SDU da belə ali təhsil müəssisələrindəndir. 2016-cı ildən SDU-da keyfiyyət təminatı, Avropa standartları, tədris proqramlarının Avropa təhsil məkanına uyğunlaşdırılması prosesi 2 böyük layihə çərçivəsində aparılır. Onlar Avropa Kommissiyasının maliyyələşdirdiyi, Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən Tvinninq layihəsi, ERASMUS+EQAC layihələridir. Təhsil proqramlarının, sillabusların Avfropa təhsil məkanına uyğunlaşdırılması, Avropa standartlarına əsaslanaraq hazırlanması prosesinə SDU-da artıq başlanmışdır. Pilot ixtisaslar seçilmiş, pilot müəllim qrupu, tələbə fokus qrupu yaradılmış, pilot müəllimlərə təlimlər keçilmişdir. Təlimlər Tvinninq layihəsi çərçivəsində Avropa təlimçiləri tərəfindən aparılmışdır.
Oktyabrın 30-da Sumqayıt Dövlət Universitetində “Öyrənmə nəticələri, Bloom Taksanomiyası” adlı növbəti təlimi keçirilmiş, özünütəhlil qrupu ilə görüş təşkil edilmişdi. Təlim seçilmiş pilot ixtisas Kompüter mühəndisliyi olduğu üçün Mühəndislik fakültəsinin müəllim heyətinə keçilmişdir. Təlimdə fokus müəllim heyətindən başqa, Tədris işləri üzrə prorektor dosent Natiq Talıbov, Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev, Karyera Mərkəzinin müdiri dosent Əmirxan İsayev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova iştirak etmişlər. Həmin gün tələbə qrupu və məzunlarla da görüş təşkil edilmişdir. Tələbələr və məzunlar müsahibədən keçmişlər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az