Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Nümayəndəmiz “Telekommunikasiyada innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-texniki konfransda iştirak etdi
Nümayəndəmiz “Telekommunikasiyada innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-texniki konfransda iştirak etdi
Dekabrın 4-də Azərbaycan Texniki Universitetində “Telekommunikasiyada innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçirildi.
Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AzTU və Belarus Dövlət Rabitə Akademiyasının (BDRA) təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.
Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev mövzunun aktuallığını vurğuladı. Konfransın işinə uğurlar arzulayan Vilayət Vəliyev tədbirin gələcəkdə bu sahədə təcrübə mübadiləsi aparmaq üçün yeni əlaqələrin qurulmasına təkan verəcəyini bildirdi.
Daha sonra çıxış edən Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bildirdi ki, innovativ texnologiyaların telekommunikasiyada tətbiqi cəmiyyətin inkişafına səbəb olacaq. Bu inkişafda elm və təhsilin böyük rolu var. Elm və təhsilin qarşısında dayanan ən mühüm vəzifənin yüksəkixtisaslı kadrların hazırlanması olduğunu deyən Yaqub Piriyev konfransda aparılan müzakirələrin faydalı olacağını qeyd etdi.
Azərbaycan və Belarusun dost ölkələr olduğunu bildirən Belarus Dövlət Rabitə Akademiyasının rektoru Andrey Zeneviç bu əlaqələrin əsasının uzun illər əvvəl qoyulduğunu dedi. Konfransda uğurlu nəticələr əldə olunacağını deyən rektor əməkdaşlığın bundan sonra daha da inkişaf etdiriləcəyini bildirdi.
Sonra AMEA Yüksək Texnologiyalar Parkının direktoru Elton Məmmədov və Özbəkistan “UNİCON.UZ” elmi-texniki və marketinq tədqiqatları mərkəzinin “Radiorabitə, radioverilişləri və televiziya” elmi-tədqiqat şöbəsinin müdiri Zokir Xusanov çıxış etdilər.
Konfransda ali təhsil müəssisələri, AMEA-nın institutları, Müdafiə Sənayesi müəssisələri və s. qurumların əməkdaşları ilə yanaşı, Sumqayıt Dövlət Universitetinin Elmi hissənin müdiri dosent Samir Orucov iştirak etdi.
Daha sonra konfrans işini plenar və bölmə iclasları ilə davam etdirdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az