Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İqtisadçı-ekspert Vüqar Bayramov tələbələrə məharət dərsi keçdi
İqtisadçı-ekspert Vüqar Bayramov tələbələrə məharət dərsi keçdi
Dekabrın 3-də Sumqayıt Dövlət Universitetində İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri dosent Vüqar Bayramov İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin təşkili və menecment ixtisası üzrə təhsil alan tələbələrə “Müasir makroiqtisadi nəzəriyyələr: İnkişafın Azərbaycan modeli” mövzusunda məharət dərsi keçdi.
Fakültə dekanı dosent Aynurə Yəhyayeva Vüqar Bayramovu salamladı, universitetimizdə görməkdən məmnunluğunu ifadə etdi və məharət dərslərinin ixtisas qruplarında keçirilməsinin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, Sumqayıt Dövlət Universiteti tələbələrin fərdi inkişafı, dünyagörüşü, bilik və bacarıqlarının yüksəlməsi üçün ardıcıl olaraq layihələr, tədbirlər həyata keçirir. Eyni zamanda mütəmadi olaraq universitetdə yerli və xarici peşəkar təlimçilərin iştirakı ilə seminar və treyninqlər təşkil edilir.Dekan onu da qeyd etdi ki, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızın inkişafı davamlı xarakter daşıyır. Son illərdə ölkəmiz sosial-iqtisadi inkişaf göstəricilərini ardıcıl şəkildə yaxşılaşdırmağa nail olub. Respublikamızda müasir çağırışlar nəzərə alınmaqla qeyri-neft sənayesinin inkişafına göstərilən diqqət öz bəhrəsini verir.
İqtisadçı-ekspert Vüqar Bayramov çıxış edərək bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu və mütərəqqi siyasət nəticəsində bu gün Azərbaycanda bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub. Prezident cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoyub. Vüqar Bayramov həmçinin dünyada mövcud makroiqtisadi nəzəriyyələr və onların ötən əsr ərzində dəyişməsi meyilləri, ölkəmizdə məqbul hesab edilən iqtisadi modelin təzahür cəhətləri haqqında danışdı.
Sonda tələbələrin ölkəmizdə həyata keçirilən strateji yol xəritələrinin monitorinqi və qiymətləndirilmə nəticələri, qeyri-məşğul əhalinin icbari tibbi siğortasının həlli yolları, Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında sualları cavablandırıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az