Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru Böyük Britaniyanın Middlsex Universitetinin (London) dosenti Ceorge Dafoulası qəbul etdi
SDU-nun rektoru Böyük Britaniyanın Middlsex Universitetinin (London) dosenti Ceorge Dafoulası qəbul etdi
Noyabrın 28-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi, Ufa Dövlət Neft-Texniki Universitetinin və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş “Kimya texnologiyası və mühəndisliyinin innovativ inkişaf perspektivləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdi. Konfransda Azərbaycan universitetləri ilə yanaşı, Rusiya, Böyük Britaniya,Türkiyə və digər ölkələrin aparıcı universitetlərinin alimləri o cümlədən, Təhsil Nazirliyinin Elm sektorunun müdiri Əfqan Abdullayev, NKPİ-nin direktoru akademik Vaqif Abbasov, AKİ-nin direktoru akademik Vaqif Fərzəliyev iştirak etmişdilər.
Konfrans işini iki gün ərzində altı bölmə üzrə davam etdirdi. Noyabrın 29-da Sumqayıt Dövlət Universitetində İngiltərənin Midllsex Universitetinin (London) Elm və Texnologiya fakültəsinin dosenti Corcious Dafoulas iştirakı ilə “Ali təhsilli mütəxəssis hazırlığında keyfiyyətin innovativ təminatı məsələləri” mövzusunda “Dəyirmi masa” keçirildi. “Dəyirmi masa”da canlı bağlantı vasitəsilə respublikamızda fəaliyyət göstərən dövlət ali təhsil müəssisələri ilə (Qazi Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Naxçıvan özəl Universiteti) əlaqə quruldu, müəlliflər öz tezislərini onlayn təqdim etdilər, fikir mübadiləsi aparıldı.
Tədbirin ikinci günü dosent Corcious Dafoulas tərəfindən “Avropa Ali təhsil məkanında tətbiq olunan standartlar və təhsildə keyfiyyət məsələləri” mövzusunda seminar keçirildi. Seminarda Sumqayıt Dövlət Universitetinin müəllim heyəti ilə yanaşı, Sumqayıt Texniki Kolleci, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Kooperasiya Universitetlərinin müəllim heyəti və Naxçıvan Dövlət Universitetinin müəllim heyəti onlayn iştirak etmişdir. Tədbir iştirakçıların maraqlandıran sualların cavablandırılması ilə sona çatdı. Dosent Dafoulas və SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev iştirakçılara sertifikat təqdim etdi.
Sonra universitetin rektoru professor Elxan Hüseynov İngiltərənin Middlsex Universitetinin dosenti Corcious Dafoulası qəbul etdi, universitetdə görməkdən məmnunluğunu bildirdi. Bildirdi ki, Böyük Britaniya tarixən Azərbaycanda siyasi və iqtisadi maraqları olan qüdrətli dövlətdir və iki ölkə arasında əməkdaşlığın tarixi keçmişi vardır. İnanıram ki, bizim bu əməkdaşlığımız uğurla inkişaf edəcək, tərəfdaşlığımız davamlı olacaqdır.
Rektor rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq layihələr barədə məlumat verdi. Bildirdi ki, təhsil sistemimizin Avropa standartlarına uyğunlaşdırılması və daim inkişaf etdirilməsi SDU-nun beynəlxalq əlaqələrinin keyfiyyətcə dəyişməsində mühüm rol oynayıb. Sumqayıt Dövlət Universiteti öz nailiyyətləri ilə nəinki regionun həmçinin ölkənin nüfuzlu elm-tədris mərkəzinə çevrilmişdir. SDU bir çox faydalı layihələrə imza ataraq beynəlxalq əlaqələrini yüksək səviyyəyə çatdırmış, mükəmməl bir ali təhsil müəssisəsi modelini yaratmışdır. Bir sözlə, beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən universitet bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayaraq Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri və Xəzəryanı Dövlət Universitetləri Assosiasiyalarının üzvü olmuşdur. Universitetimizin hal - hazırda Türkiyə, İran, ABŞ, Rusiya, İngiltərə, Almaniya, Fransa, Avstriya, Finlandiya, İsveç, Litva, Macarıstan, İspaniya, Yunanıstan, Polşa, Ukrayna, İsrail, Qırğızıstan, Tacikistan, Qazaxıstan və s. ölkələrin ali təhsil müəssisələri ilə bağlanmış müqavilələr və beynəlxalq layihələr çərçivəsində beynəlxalq əməkdaşlığı həyata keçirir.
Köln Texniki (Almaniya), Qrats Texniki (Avstriya), Varşava Texnologiya (Polşa), Ufa Dövlət Neft Texniki (Rusiya), Samara Dövlət Texniki Universitetləri (Rusiya) və s. ilə ikitərəfli müqavilələri mövcuddur. Rektor onu da qeyd etdi ki, qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr uğurla yerinə yetirilərək səmərəli nəticələr verir. Məqsəd SDU-nun dünyanın elm və təhsil məkanında nüfuzunu artırması, ən tanınmış universitet assosiasiyalarına qəbul olunması, beynəlxalq elm və təhsil birliklərində nüfuz qazanmasıdır. Təbii ki, fəaliyyətimizlə bu hədəfə doğru uğurla addımlayırıq.
İngiltərənin Middlsex Universitetinin dosenti Ceorge Dafoulas səmimi və işgüzar görüşdən razı qaldığını bildirdi. Konfransın yüksək səviyyədə təşkilinə görə universitetin rəhbərliyinə təşəkkür etdi. Yeni layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini də bölüşdü. Görüşdə iki ölkənin təhsil sahələri arasında sıx əlaqələr çərçivəsində gələcək əməkdaşlığın perspektivləri məsələsi müzakirə olundu.
Konfransın sonuncu günü bağlanış mərasimi oldu. Mərasimi Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov idarə edirdi. Digər sədrlər kimi Dəyirmi masaya sədrlik edən dosent Corc Dafoulas da hesabatla çıxış etdi, 3 təklif irəli sürdü: 1.Konfranslara tələbələri cəlb etmək, 2. Posterlərlər çıxışları olması, 3. Müəssisələri konfranslara cəlb etmək. Ümumikdə konfransın yüksək səviyyədə keçdiyini və son 5 ildə iştirak etdiyi ən möhtəşəm tədbirlərdən biri olduğunu bildirdi. Sumqayıt Dövlət Universitetinə gələcəkdə də dəvət alacağına ümid etdiyini vurğuladı.
Məlumat üçün qeyd edək ki, dosent G. Dafoulas SDU-nun Elmi xəbərlər jurnaının redaksiya heyətinin üzv olmaq üçün razılıq sənədini imzaladı. Xarici qonağa SDU-nun rektoru tərəfindən imzalanmış sertifikat, Sumqayıt şəhərinin və universitetin simvolunu özündə əks etdirən suvenirlər təqdim edildi.
 
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az