Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDTK-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd edildi
SDTK-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd edildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi ilə əlaqədar olaraq respublikamızın hər yerində tədbirlər qeyd edilir. Bu məqsədlə noyabrın 27-də Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində Cəfər Cabbarlının 120 illik yubleyinə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə kollecin müəllim-tələbə heyəti ilə yanaşı, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov və idarənin Gənclərlə iş üzrə sektor müdiri Ceyhun Hüseynov iştirak etdilər.
Tədbiri giriş sözü ilə kollecin Tərbiyə işləri üzrə direktor müavini Mehman İsmayılov açaraq, görkəmli yazıçının zəngin yaradıcılığından, Cəfər Cabbarlının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələrdən danışdı.
Tədbirdə Cəfər Cabbarlının həyatına və yaradıcılığına aid video-çarx nümayiş etdirildi.
Tələbələrin ifasında dramaturqun “Bahar”, “Ana”, “Olmasın”, “Ey dan ulduzu”, “Ölkəm” şeirləri səsləndirildi, “Dilənçi” və “Od gəlini” əsərlərindən parçalar göstərildi. “Küçələrə su səpmişəm”, “Azərbaycan mahnıları” ifa edildi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az