Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Ulu Öndər” sənədli film nümayiş olundu
SDU-da “Ulu Öndər” sənədli film nümayiş olundu
Noyabrın 27-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və sifarişi ilə istehsal edilmiş, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş “Ulu Öndər” sənədli filmi və eyni adlı mahnı nümayiş olundu.
Tədbiri giriş sözü ilə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev açaraq, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı əvəzsiz xidmətlərindən söz açdı. Bildirdi ki, tədbir Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə təşkil olunub. Gənclər və İdman Nazirliyinin təşəbbüsü və sifarişi ilə istehsal edilmiş film ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə fəaliyyətindən, gördüyü işlərdən bəhs edir. Nemət İbayev müstəqil Azərbaycanda gənclər siyasətinin banisi olan Ulu öndər Heydər Əliyevin daim gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını, Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırdı. Dahi rəhbərin ideyalarının Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycanın dünya ölkələri arasında özünə layiqli yer tutduğunu xüsusi vurğuladı.
Sonra tələbələr “Ulu Öndər” sənədli filmini izlədilər.
“Ulu Öndər” sənədli filmində Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-cu ildən 2003-cü ilədək həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən kadrlar, Azərbaycan gənclərinə verdiyi tövsiyələr əksini tapıb. Filmin quruluşçu rejissoru professor Rafiq Quliyev, redaktoru İradə Soltanova, prodüseri Üzlüfət Qasımovadır. Eyni adlı mahnının bəstəkarı isə Xalq artisti Siyavuş Kərimidir. Mahnının sözləri Sumqayıt Dövlət Universitetinin Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının professoru Rafiq Yusifoğluya məxsusdur.
  
Mətbuat xidməti
  
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az