Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Poliqon” Strateji İntellekt oyunu üzrə III Universiadanın seçim turu keçirildi
“Poliqon” Strateji İntellekt oyunu üzrə III Universiadanın seçim turu keçirildi
Noyabrın 16-da Sumqayıt Dövlət Universitetində “Poliqon” Strateji İntellekt oyunu üzrə III Universiadanın seçim turu aparıldı.
Universiada Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.
“Poliqon” Strateji İntellekt oyunu layihəsinin koordinatoru Əmrah Haşımov çıxış edərək, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Dövlət Gənclər Siyasətindən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəaliyyətləri, həmçinin Poliqon Strateji İntellekt oyununun məqsədi və ölkəmizdə keçirilmiş yarışları barədə ətraflı məlumat verdi. Bildirdi ki, milli intellektual bilik yarışı olan “Poliqon” Strateji İntellekt oyunu gənclərin intellektual inkişafına dəstək olmaqla yanaşı, hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması və strategiya qurmaq qabiliyyətinin inkişaf etdirilməsi məqsədi daşıyan yeganə intellektual oyundur. Əmrah Haşımov çıxışının sonunda komandalara uğurlar arzuladı.
Maraqlı keçən bilik yarışında universitetdən 26 komanda iştirak etdi. Qeyd edək ki, universiadanın seçim turları başa çatdıqdan sonra final mərhələsində ilk üç yerin qalibi olan komandalar mükafatlandırılacaq.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az