Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbəmiz Stolüstü tennis üzrə kubok qazandı
Tələbəmiz Stolüstü tennis üzrə kubok qazandı
Bu günlərdə Kimya və biologiya fakültəsinin IV kurs tələbəsi Nurlan Həsənov “Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə keçirilən Azərbaycan kuboku yarışlarında iştirak edərək, komanda, qoşa, qarışıq turnirlərin qalibi oldu və kubok təqdim edildi.
Məlumat üçün bildirək ki, birincilikdə 60 idmançı komanda, şəxsi, qoşa və qarışıq qoşa yarışlarında mübarizə aparmışdır.
Nurlan Həsənov həmçinin, Stolüstü tennis üzrə Azərbaycan çempionatında fərdi, qoşa, qarışıq və komanda birinciliyində I yeri tutmuşdu.
Qeyd edək ki, Nurlan Həsənov 9 yaşında Azərbaycan Respublikasının milli yığma komandasının üzvü olmuş, bugünədək yığma komandanın tərkibində keçirilən bütün yarışlarda uğurla iştirak etmişdi.
 
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az