Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru ilə qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi etdi
SDU-nun rektoru Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru ilə qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi etdi
Noyabrın 13-də Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru Xəndan Əhmədov Sumqayıt Dövlət Universitetində oldu. Rektor professor Elxan Hüseynov qonağı salamladı, bildirdi ki, bu gün Azərbaycan elmində və təhsilində ciddi islahatlar həyata keçirilir. Ölkə başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Ölkə Prezidentinin sərəncamı və regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyən müəssisələr üçün ixtisaslı kadr ehtiyacını təmin etmək məqsədini hədəf tutan Sumqayıt Dövlət Universiteti öz nailiyyətləri ilə nəinki regionun həmçinin ölkənin nüfuzlu elm-tədris mərkəzinə çevrilmişdir. Bu ali təhsil müəssisəsi bir çox layihələrə imza ataraq, əlaqələrini yüksək səviyyəyə çatdırmışdır. Rektor Sumqayıt Dövlət Universitetinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bütün laboratoriya və tədris auditoriyalarında görülən işlər barədə məlumat verdi. Qeyd etdi ki, Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından biri kimi cəmiyyətin elmi-intellektual potensialının inkişafına əvəzsiz töhfələr verən Sumqayıt Dövlət Universiteti ölkənin kadr potensialının formalaşmasına öz müsbət təsirini göstərir. Universitetdə həm tədris, həm elmi-tədqiqat, həm də idarəçilik sahələrində həyata keçirilən yeniliklər, struktur islahatları əsaslı keyfiyyət dəyişikliyinə zəmin yaratmışdır. Tədrisin keyfiyyəti baxımından, həm də auditoriya və laboratoriyaların müasir standartlara uyğunlaşdırılmısı ilə bağlı müvafiq işlər görülmüş, ali məktəbin bütün tədris binalarında təmir işləri uğurla başa çatdırılmışdır. Rektor onu da qeyd etdi ki, bir çox fakültələrdə olduğu kimi bu il Fizika və elektroenergetika fakültəsinə Almaniyadan yeni laboratoriya qurğuları alınmışdır ki, bunlara Elektrik intiqalı fənni üzrə laboratoriya stendi, Elektromaqnetizm və yarımkeçiricilər fizikası fənnindən laboratoriya qurğularını misal göstərmək olar. Həmçinin açıq səmada elektroenergetika üzrə Tədris muzeyi və yüksək gərginlik yarımstansiya Tədris poliqonun yaradılmasına dair Elmi Şuranın qərar çıxardığını qeyd etdi. Artıq işlərə start verilib. X.Əhmədovun rəhbərlik etdiyi müəssisənin muzeyin yaradılmasında fəal iştirakına, cihaz və avadanlıq ayırdığına görə universitet rəhbərliyi adından təşəkkürünü bildirdi. Rektor Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin əməkdaşlarını universitetdə tədris prosesində iştirak etməyə dəvət etdi.
Rektor onu da diqqətə çatdırdı ki, universitetimiz dünyanın bir çox nüfuzlu universitetləri ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq müqavilələri imzalamışdır. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutu ilə qarşılıqlı əlaqələr inkişaf etdirilir, universitetin PMİ-də “Polimer materiallarının texnologiyası” baza kafedrası yaradılıb. Bu gün Sumqayıt Dövlət Universiteti şəhərin sənaye müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir, nəticə etibarilə də təhsil alan tələbələr həmin müəssisələrdə təcrübə keçir, gələcəyin ixtisaslı kadrları kimi formalaşırlar.
Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru Xəndan Əhmədov universitetdə yaxın zamanlarda istifadəyə veriləcək açıq səmada elektroenergetika üzrə Tədris muzeyi və yüksək gərginlik yarımstansiya Tədris poliqonunda aparılan işlərlə tanış oldu.
Sonra Xəndan Əhmədov Fizika və elektroenergetika fakültəsinin energetika ixtisası üzrə təhsil alan tələbələrlə görüşdü və laboratoriyalarla tanış oldu, imzalanacaq əməkdaşlıq müqaviləsinin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, gələcəkdə aparılacaq elmi-tədqiqat işlərinin yeni perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayacaq. Təhsil verən müəssisə ilə uzlaşması barədə fikir mübadiləsi aparıldı. Tədris muzeyi və yüksək gərginlik yarımstansiya Tədris poliqonuna öz köməkliyini edəcəyinə və bu əməkdaşlığın uğurla davam etdirəcəyinə söz verdi. Gələcəkdə Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi müəssisəsində Sumqayıt Dövlət Universitetinin baza kafedrasının yaradılması məsələsi müzakirə olundu.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az