Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda seminar keçirildi
“Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda seminar keçirildi
Noyabrın 6-da Sumqayıt Dövlət Universitetində İqtisadiyyat və idarəetmə fakültəsinin və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin birgə təşkilatçılığı ilə “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda seminar keçirildi.
Seminarı universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov açaraq, tədbirin əhəmiyyətindən bəhs etdi, universitetdə iqtisadçı kadrların hazırlanması istiqamətində yerinə yetirilən işlər haqqında məlumat verdi. Bildirdi ki, İqtisadiyyat və idarəetmə fakültəsi tərəfindən mütəmadi olaraq bu istiqamətdə seminar, görüş və tədbirlər həyata keçirilir. İnanıram ki, bugünkü tədbir də tələbələrin biliklərinin artırılması istiqamətində faydalı olacaq.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris üzrə meneceri Rövşən Məmmədov çıxış edərək tədbirin təşkili ilə bağlı Sumqayıt Dövlət Universitetinin rəhbərliyinə minnətdarlığını ifadə etdi və “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda ətraflı çıxış etdi.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin analitik şöbəsinin baş mütəxəssisi Anar Qəhrəmanov çıxışında ölkəmizdə maliyyə bazarlarının inkişafını əks etdirəcək göstəriciləri şərh etdi və qarşıda duran əsas inkişaf hədəfləri barədə məlumat verdi.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva çıxış edərək qeyd etdi ki, fakültəmizdə iqtisadyönümlü ixtisaslar üzrə tələbə hazırlığı yüksək səviyyədə aparılır. Xüsusən Maliyyə və Mühasibat uçotu ixtisasları üzrə təhsil alan tələbələrə belə seminarların keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev və kafedranın baş müəllimi Mehman Əhmədzadə mövzu ətrafında çıxış etdilər.
Sonda məruzəçilər Maliyyə bazarlarının fəaliyyəti ilə bağlı seminar iştiraskçılarının suallarını cavablandırdılar.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az